Azərbaycan Diaspora Gəncləri Şəbəkəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə 28 iyun 2020-ci il tarixində “Cəbhə Bölgəsində Yaşayan Gənclərin Həyat Tərzi” mövzusunda video konfrans keçiriləcək.
EDNews.net xəbər verir ki, görüşdə Azərbaycan Diaspora Gəncləri Şəbəkəsinin təmsilçiləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Şamilova Qumru, "Premium Academy"nin direktoru Eyyubov Məhərrəm, "AkbarlyGroup MMC"nin direktoru Fidan Qarayeva, “Azərbaycan Gənclərinə Dəstək Proqramı”nın layihə koordinatoru Vəliyev Fariz və Gənclərlə İş üzrə koordinatoru Quliyev Xudaverdi, Tərtər rayon regional koordinatoru Məmmədli Kamran, Goranboy rayon regional koordinatoru Tağıyeva Vüsalə, Bərdə rayon regional koordinatoru Əhmədova Pərvin və Məşvərət Şurasının üzvləri iştirak edəcək.