Müəllimi xatırlarkən...

Cəmiyyət 13:52 24.06.2020

Bu gün Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, jurnalist Şirməmməd Hüseynovun vəfatından bir il ötür.

Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti olub. Elmi fəaliyyətini Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir.

EDNews.net AZƏRTAC-a istinadən Şirməmməd Hüseynovun tələbələrindən biri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlunun böyük ustada həsr olunmuş "Müəllimi xatırlarkən..." yazısını təqdim edir.

“Şirməmməd Hüseynovun adını hələ uşaq ikən böyüklərimdən eşitmişdim. Onun haqqında yaxşı şeylər danışır, cəsarəti və düzgünlüyündən ağızdolusu bəhs edirdilər. İllər keçdi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul oldum. Günlərin birində bizə dərs deməli olan Şirməmməd müəllimi canlı görmək nəsibim oldu. O andaca uşaq vaxtı haqqında eşitdiyim şəxsin məhz bu müəllim olması məni bir az həyəcanlandırdı. Mühazirələrinə, söhbətlərinə qulaq asdıqda, dərs keçmək metodunu gördükdə vaxtilə eşitdiklərimin həqiqət olduğunu dərk etdim. Şirməmməd müəllim yaşının çox olmasına baxmayaraq günün nəbzini tuta bilir, mühazirələrini saralmış vərəqlərdən oxumur, elm və texnologiya əsrinə müvafiq maraqlı məlumatlarla auditoriyanı özünə cəlb etməyi bacarırdı. Onun dərslərində kiminsə sıxıldığı, zəngin tez vurulmasını gözləməsi hallarına rast gəlinməzdi.

Şirməmməd müəllimin dərslərinə hamı kimi maraq göstərir, onun əsrarəngiz mühazirə və söhbətləri sayəsində hər dəfə biliklərimi artırır, dünyagörüşümü genişləndirirdim. Sonradan ağlıma gəlməyəcək bir hadisə baş verdi: müəllimin seçib bəyəndiyi tələbələrdən birinə çevrildim. Gələcək həyatımı dəyişdirəcək bu hadisə IV kursda baş verdi. Buraxılış işləri mövzuları paylanarkən mən də mövzu seçmək üçün kafedraya yaxınlaşdım. Seçim imkanım elə də geniş deyildi, gec yaxınlaşdığım üçün az mövzu qalmışdı. Bununla belə, “Yeni iqbal” qəzetinin nəşr tarixi” adlı mövzu diqqətimi çəkdi. Bu mətbu orqanın araşdırılmamış olması və əski əlifba ilə çıxması marağıma səbəb oldu və mövzu üzərində işləməyə başladım. Diplom rəhbərim isə Şirməmməd müəllim idi. Vaxt tamam oldu, işi oxumaq üçün rəhbərimə təqdim etdim. Onu da deyim ki, müəllimin verdiyi plan üzrə işləsəm də onunla əlaqə saxlamamışdım. Nəhayət, o gün gəldi. Müəllim işi oxumağa başladı, demək olar ki, hər cümlədən sonra başını qaldırıb üzümə baxır, yenidən oxuyurdu. Bu vəziyyətdən açığı, bir az narahat olsam da, işin sonunu gözləməli oldum. Rəhbərim işi oxuduqdan sonra aramızda kiçik bir dialoq yaşandı:

- Özün yazmısan bunu?

- Bəli, müəllim.

- Əski əlifbanı bilirsən bəyəm?

- Bəli.

Bir anlıq fasilədən sonra:

- Heç bilirsən neyləmisən?

Çaşqın vəziyyətdə “Nə etmişəm ki?” soruşdum.

- Sən çox tədqiqatçının cəsarət etmədiyi bir işə girişib, müvəffəqiyyətlə onu bitirmisən.

Bu sözlərdən sonra həyəcan yerini sevinc hisslərinə verdi. Şirməmməd Hüseynov kimi bir ustaddan belə sözlər eşitdikdə kim sevinməzdi ki? Beləcə müəllim, öz təbirilə desək məni “kəşf” etdi və buraxılış işimi də uğurla müdafiə etməyim üçün mənə stimul vermiş oldu. Müdafiədə müəllimin məni tərifləməsi auditoriyada hamının təəccüb dolu baxışlarını mənə tərəf yönəltdi. Çünki o vaxta qədər yoldaşlarından elə də fərqlənməyən bir tələbə haqqında Şirməmməd müəllimin xoş sözlər söyləməsi hər kəsin marağına səbəb olmuşdu. Həmin müdafiə prosesində müəllim təklif etdi ki, təhsilimi magistratura pilləsində davam etdirim. Onu da qeyd etdi ki, “bu uşaqda tədqiqatçılığa həvəs var, onu “arxiv xəstəliyi”nə yoluxdurmaq lazımdır”.

Beləliklə, bakalavriat pilləsini uğurla yekunlaşdırıb, müəllimin də xeyir-duası ilə təhsilimi növbəti mərhələdə davam etdirdim. İki il ərzində ondan ixtisasım haqqında yeni bilgilər, tədqiqatçılıq işində yeni təcrübələr öyrənmiş oldum. Şirməmməd müəllim tez-tez klassik mətbuat xadimlərinin əsərlərindən mətnlər verir, mən də arxivdə onları orijinalı ilə tutuşdurub redaktə edirdim. Xüsusən də hansısa bir səhvi aşkar edəndə sevincək fakültəyə tələsir, müəllimin reaksiyasını səbirsizliklə gözləyirdim. Onun üzə çıxardığım səhvlərə uşaq kimi sevinməsi hələ də gözlərimin önündədir. Müəllimin belə reaksiyası, həmçinin məni yoldaşlarıma nümunə göstərməsi elmə olan həvəsimi birə-beş artırırdı. Bütün bunlar gələcək həyatımda çox karıma gəldi...

2011-ci ildən sevimli universitetimizin Jurnalistika fakültəsində işə qəbul olunduqdan sonra müəllimlə (müəllim-tələbə münasibətləri öz yerində), bu dəfə həm də həmkar kimi çalışmağa başladım. Onun bilavasitə təklifi ilə yaradılmış Jurnalistika elmi-tədqiqat laboratoriyasında elmi işçi vəzifəsində işə qəbul olundum. Səkkiz il ərzində onlarca kitabın hazırlanmasında və klassik qəzet nömrələrinin transliterasiya edilib çap olunmasında müəllimlə çiyin-çiyinə fəaliyyət göstərdim. Bakıda fəaliyyət göstərən əksər arxiv idarələrində klassik mətbuat nümunələri üzərində tədqiqat işi apardıq, elmi ictimaiyyətə məlum olmayan yüzlərlə materialın üzə çıxarılmasına nail olduq. Onun tərtib etdiyi kitablarda adımın transliterasiya redaktoru kimi göstərilməsi, hesab edirəm ki, mənim də tarixə düşməyimə vəsilə olacaq. 2018-ci ildə nəşr etdirdiyim “Birinci Dünya müharibəsi illərində Azərbaycan mətbuatı” adlı monoqrafiyamın elmi redaktorunun professor Şirməmməd Hüseynov olması isə mənim üçün ayrıca bir fəxarətdir.

Şirməmməd müəllimi mən hər sahədə özümə ustad, müəllim hesab edirəm. Bir çoxlarından fərqli olaraq, onunla həm arxivdə sıx şəkildə çalışmışıq, həm yol yoldaşı olmuşuq, həm də yeməyimizi bölüşmüşük. Bunların hər birində də ondan müəyyən şeylər öyrənmişəm: piyada gəzməyə üstünlük vermək, yeməkdən dərhal sonra işləməyib 15 dəqiqə piyada gəzmək, yarım saatlıq iş prosesindən sonra fasilə vermək, gözləri bir müddət yaşıllığa zilləmək və s. Ən əsası isə ondan elmə, tədqiqatçılığa həvəs, müəllim peşəsinə sevgi öyrənmişəm. Təsadüfi deyil ki, Şirməmməd müəllimdən öyrəndiklərim fakültədə bir sıra fənlərin tədrisində, xüsusən də əski Azərbaycan yazısı fənnində çox köməyimə gəlir.

Hər dəfə Şirməmməd müəllimin adı çəkiləndə, unudulmaz xidmətləri xatırlananda çoxları onun ruhuna dualar oxuyur, müsbət əməllərinə, elmi xidmətlərinə görə insanlıq zirvəsinə ucalan şəxsiyyəti yad edirlər. Artıq bir ildir ki, professor Şirməmməd Hüseynov cismən bizimlə olmasa da, onun fikir və ideyaları daim bizimlədir.

Ruhun şad olsun, böyük ustad!”

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Hamısı