“Karantin rejiminin tətbiqi sağlamlığımızın qorunmasına hesablanıb”

Cəmiyyət 16:07 24.06.2020
Naqif Həmzəyev: “Yumşalma tədbirləri o zaman səmərəli olur ki, qoyulan tələblərə əməl olunsun”
 
“Artıq neçə aydır ki, dünya əhalisi COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayır. Bütün dünyanı sürətlə çənginə alan koronavirusun yayılmağa başladığı ilk günlərdən Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlayıb, müvafiq strukturları COVİD-19-un geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq kimi vəzifələrə ciddi şəkildə yanaşmağa səsləyib”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olub: “Dövlətin koronavirusun Azərbaycanda geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşın sağlamlığını qorumaq üçün həyata keçirdiyi tədbirlər müsbət nəticələr verdi. Bu, statistik göstəricilərdə də öz əksini tapdı. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlanıldı. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyuldu. Əhalinin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi, həmin tövsiyələrə və tələblərə riayət etdi.
Lakin təəssüflə etiraf etməliyik ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı. Bu isə hökuməti ölkədə pandemiya ilə mübarizəni yenidən sərtləşdirməyə məcbur etdi. Belə ki, son həftələrdə vətəndaşlarımızın böyük bir hissəsinin müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etməməsi koronavirusa yoluxma sayında ciddi artıma - infeksiyaya yoluxma hallarının 300-ü keçməsinə gətirib çıxardı. Faktlar və rəqəmlər vətəndaşların özünütəcrid kimi çox vacib bir tələbə əməl etmədiklərini göstərdi. Yumşalma tədbirləri o zaman səmərəli olur ki, qoyulan tələblərə əməl olunsun. Bəzi vətəndaşların xəstəliyin ciddiliyinə varmayıb ona səthi, etinasız yanaşması təcrid qaydalarının daha da sərtləşdirilməsini günün tələbinə çevirdi.
Təbii ki, yenidən sərt karantin rejiminə keçid hər kəsi narahat edir. Lakin real həqiqətlə razılaşmalıyıq: müəyyən edilmiş qaydalar yalnız və yalnız əhalinin koronavirus infeksiyasına yoluxma hallarını minimima endirmək və az itki ilə çıxmaq məqsədinə xidmət göstərir.
Unutmayaq ki, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu özümüzün və ətrafımızdakı insanların həyatını risk altına atmaq deməkdir. Hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma deməkdir. Hamı karantin rejiminin qaydalarına əməl etsə, məsuliyyətli, nizam-intizamlı olsa, koronavirusun yayılmasının qarşısını ala biləcək, bu xəstəliyə birlikdə qalib gələcəyik”.
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı