"Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır" - Anar Məmmədov

Cəmiyyət 16:11 24.06.2020
Dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasına yoluxanlar və onun qurbanına çevrilənlərin sayı barədə hər gün dəhşətli statistikalar açıqlanır. Hal-hazırda dünyada bu virusa yoluxanların sayı 9,3 milyonu, virusdan ölənlərin sayı isə 479.934-ü keçmişdir. Əfsuslar olsun ki, son günlər pandemiyanın ölkə ərazisində yayılma tendensiyasında da yüksəliş müşahidə edilir. Ölkəmizdə virusa yoluxanların ümumi sayı 13,715 virusdan ölənlərin sayı isə cəmi 167 nəfərdir. Bu acınacaqlı vəziyyət barədə statistika onu göstərir ki, cəmiyyətimizin bəzi sosial məsuliyyət öhdəliyini anlamayıb pandemiyanı zarafat kimi başa düşənlərin məsuliyyətsizliyi ucbatından virus təsir dairəsini genişləndirir. Təəssüf ki, məsuliyyətsiz davranışlar, yeri gəldi-gəlmədi küçələrə çıxmaq, tövsiyələrə əməl etməmək, bəzi insanlarımızda hələ də infeksiyanın olmaması barədə şaiyələrə ağlasığmaz inam bu arzuolunmaz variantı doğruldur.
 
Azərbaycanda həm yoluxanların sayı, həm də ölənlərin sayı artmağa başlayıb və hər mənada məsuliyyətsizliyimizin bədəlinin ödəməyə başlayırıq.
Pandemiyanın dünya müstəvisində yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Dövlət pandemiya ilə mübarizədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Yoluxanların müalicəsi üçün lazım olan bütün texniki və maddi resursları təmin edir. Yeni xəstəxanaların inşasından tutmuş ağır xəstələr üçün nəzərdə tutulmuş süni nəfəs aparatlarının alınmasına qədər bütün addımlar atılır. Demək olar ki, respublikanın bütün aidiyyatı üzrə mütəxəssis həkimləri və tibb işçiləri səfərbər olunub.
Pandemiya dövründə Azərbaycan sadəcə ölkə daxilində deyil, ölkə xaricində də düşünülmüş siyasət həyata keçirərək həm hümanizm prinsiplərimizi dünyaya nümayiş etdirdi, həm də ölkəmizin imicinin dünyada daha da yüksəlməsinə vacib töhfə verdi. Ölkə başçısı bununla bağlı çıxışında demişdir: “….. Biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır”.
Hökumət tərəfindən pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas istiqamət kimi ölkədə xüsusi karantin rejiminin tətbiqi həyata keçirilmişdir. Məqsəd əhalinin hərəkət istiqamətlərin məhdudlaşadıraraq, sosial izolyasiya tədbirlərini genişləndirmək və bununla da, virusun yayılmasının qarşısını almaq idi. Hökümət ilkin mərhələdə istədiyinə nail oldu. Belə ki, xüsusilə aprel ayının ikinci yarısından etibarən virusa yoluxma sayında əhəmiyyətli azalma müşahidə olundu, hətta gündəlik yoluxma sayı sağalma sayının gerisində qaldı. Amma təəssüf ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra müsbətə doğru olan tendensiya əks istiqamətə çevrilərək, yoluxma sayında kəskin artım yaşanmağa başlandı. Bunun əsas səbəbi insanların qaydalara əməl etməsində yaranan boşluqlar oldu. Əvvəl insanlar daha çox fərdi qoruyuculara üstünlük verirdilərsə, xüsusi karantin rejiminin yumşaldılmasından sonra qoruyucu maska nisbətən daha az istifadə edilməyə, sosial məsafə gözlənilməməyə başlandı və bunun məntiqi nəticəsi olaraq visusa yoluxma sayında kəskin artım meydana gəldi. Bunun qarşısının alınması üçün dövlət tərəfindən yeni qərarlar tətbiq olunmağa başladı. Bu dövr ərzində Nazirlər Kainetinin sərtləşdirici qərarları oldu. Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadıldı. Daha sonra isə Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixinədək uzadıldı. Mart və aprel ayları ərzində əldə etdiyimiz nəticələr və COVID-19 statistikasında müsbət irəliləyiş davam etdirilsə idi, bu 2 ay ərazisində vətandaşların göstərdiyi həmrəylik və məsuliyyət eyni qalsa idi, bu gün koronavirusa qalib gəlmiş ölkələrdən biri ola bilərdik.
2 həftəlik sərt karantin vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. İyunun 21-dən iyulun 5-dək tətbiq olunacaq sərt karantin rejimi məcburiyyətdən yaranmış bir haldır. Azərbaycan dövləti də istəyir ki, bu pandemiya tez bir zamanda aradan qalxsın və həyat əvvəlki kimi öz yoluna dönsün. COVID-19 pandemiyası şəraitində isə ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Əgər ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır. Təəssüflər olsun ki, koronavirusla mübarizədə müsbət tendensiyaya yalnız sərt qaydalar tətbiq etmək yolu ilə nail olmaq olur.
 
Anar Məmmədov
Milli Məclisin deputatı
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO

Xəbər xətti

Prezident Türkiyə ilə imzalanmış daha bir Sazişi TƏSDİQLƏDİ
14:48 04.05.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
14:28 04.05.2024
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:15 04.05.2024
Sabunçuda yanğın olub
14:00 04.05.2024
Sabah 25 dərəcə İSTİ OLACAQ
13:45 04.05.2024
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
13:30 04.05.2024
Baş nazir gələn həftə Türkiyəyə səfər edəcək
13:15 04.05.2024
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
12:30 04.05.2024
Bölgələrə yağış, Şahdağa isə qar yağıb - FAKTİKİ HAVA
12:15 04.05.2024
Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər -YENİLƏNİB
12:00 04.05.2024
FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
11:45 04.05.2024
Xankəndidə 59 qumbara və 33 avtomat TAPILIB
Xankəndidə 59 qumbara və 33 avtomat TAPILIB
11:15 04.05.2024
NATO Rusiyaya xəbərdarlıq etdi
11:00 04.05.2024
Yol Polisindən bu sürücülərə MÜRACİƏT
10:45 04.05.2024
Adil Əliyevin ailəsinə AĞIR İTKİ
Adil Əliyevin ailəsinə AĞIR İTKİ
10:30 04.05.2024
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:15 04.05.2024
Türkiyə ordusunun hərbçisi şəhid oldu
10:00 04.05.2024
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO
09:45 04.05.2024
Prezidentin COP29-la bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə ÇATDIRILDI
09:35 04.05.2024
Aprel ayında bu məhsullar BAHALAŞIB
09:30 04.05.2024
Paytaxtın bu yolunda sürət həddi BƏRPA EDİLDİ
09:15 04.05.2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibində DƏYİŞİKLİK EDİLİB
09:00 04.05.2024
İsveçdə yenə Quran YANDIRILIB
06:56 04.05.2024
Vaşinqtonda məktəb yaxınlığında silahlı insident olub
04:44 04.05.2024
İsrail HƏMAS-a həftə vaxt verdi - Əks halda Rəfahda hərbi əməliyyata başlayacaq
02:30 04.05.2024
49 müəssisədə nöqsanlar AŞKARLANDI
01:00 04.05.2024
İrəvan polisi əlində qondarma rejimin bayraqları olan şəxsləri saxlayıb
00:15 04.05.2024
Şərqi Afrikada minlərlə qaçqın daşqınlardan zərər çəkib
23:44 03.05.2024
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
23:22 03.05.2024
Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb
23:00 03.05.2024
İraq və Qazaxıstan neft hasilatının azaldılmasındakı kəsiri ilin sonuna qədər kompensasiya edəcək
22:47 03.05.2024
Xırdalanda direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçası nəzarətə götürülüb
22:22 03.05.2024
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
22:00 03.05.2024
Zaxarova Simonyanın anti-Rusiya bəyanatlarına CAVAB VERDİ
21:33 03.05.2024
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
21:11 03.05.2024
Bayden bütün dünyanı sanksiyalarla HƏDƏLƏDİ - Mətbuat azadlığından başlayacaq
20:55 03.05.2024
Azərbaycanın mədəniyyət naziri Şri-Lankaya səfərə dəvət olunub
20:40 03.05.2024
Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür - Cəlil Xəlilov
20:30 03.05.2024
Milli komandamızın Avropa çempionatındakı rəqibləri bəlli oldu
20:20 03.05.2024
Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub
20:00 03.05.2024
Hamısı