Səudiyyə Ərəbistanı-Azərbaycan: əməkdaşlıq və perspektivlər

Cəmiyyət 00:50 28.06.2020
Müəllif: Əhməd Abdoh Tarabik
 
Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycanın siyasi rəhbərliyi iki ölkə arasında əlaqələrə böyük əhəmiyyət verir. Bu iki ölkənin imkanları tərəflərin qarşılıqlı mənafelərinə xidmət edən geniş əlaqələrin qurulmasına imkan verir. Odur ki, hər iki dövlət əməkdaşlığı genişləndirməyə, müxtəlif siyasi, iqtisadi və mədəni sahələri əhatə edən sıx əməkdaşlığa maneələri aradan qaldırmağa çalışır. Bu, özünü ölkələr arasında bağlanmış sazişlərin sayında, onların əhatə etdiyi sahələrin müxtəlifliyində də göstərir.
 
İki ölkə üzv olduqları beynəlxalq və regional təşkilatlarda, xüsusilə BMT və ona tabe qurumlarda, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində koordinasiyalı siyasi mövqedən çıxış edir. Başqa sözlə, hər iki ölkəni maraqlandıran problemlərə münasibətdə mövqelər koordinasiya olunur. Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin azad edilməsilə bağlı qanuni haqqını və ədalətli mövqeyini də dəstəkləyir. O, bu mövqeyini müxtəlif beynəlxalq instansiyalarda açıq şəkildə ortaya qoyub. Səudiyyə Ərəbistanı məhz Azərbaycanın mövqeyini dəstəklədiyinən, Ermənistanla heç bir siyasi münasibətlər qurmur.
 
Səudiyyə Ərəbistanı ilə Azərbaycan mövcud güclü siyasi və iqtisadi əməkdaşlıq əlaqələrilə yanaşı, hərbi sahədə də əlaqələrin inkişafına çalışır. Ər-Riyadda Azərbaycanın hərbi attaşesi fəaliyyət göstərir. 2019-cu ilin aprelindən hər iki dövlət yüksək rütbəli hərbçilərin qarşılıqlı səfərlərinin, görüşlərinin təşkilinə başlayıb. Bu görüşlərin nəticəsi olaraq, ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi üçün saziş də imzalanıb. Sənədə əsasən, müştərək hərbi hazırlıqlar və təlimlər keçirilə, müdafiə sənayesi sahəsində əməkdaşlıq qurula bilər.
 
İki ölkə arasında əlaqələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına 1994-cü ildə etdiyi səfər qoyub. Həmin səfər zamanı tərəflər arasında ilk Baş Saziş imzalanıb. Prezident Heydər Əliyev Krallığa növbəti səfərini 1997-ci ildə edib. Bu zaman o, İslam Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində kral Abdullah bin Əbdüləzizlə görüşüb. Bu səfər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafına daha bir təkan olub.
 
İki ölkənin hökumətləri arasında Müştərək Komissiyanın birinci iclası isə 2001-ci ildə Bakıda keçirilib. Komissiya daha sonra 2004-cü ildə ər-Riyadda, 2013-cü il dekabrın 10-11-də isə Bakıda toplanıb. Sonuncu iclasda investisiya, iqtisadiyyat, ticarət, texnologiya, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. İclas zamanı Səudiyyə Ərəbistanının “Sabic” şirkətilə Azərbaycanın AZPROMO fondu təqdimatla çıxış edib, iqtisadiyyat, ticarət, investisiya, energetika, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Protokol imzalanıb.
 
Müştərək Komissiyanın iclası ilə yanaşı, 3-cü Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu da keçirilib. Tədbirdə hər iki tərəfdən sənaye, neft-kimya, tikinti, qida sənayesi, təhsil, ticarət, kommunikasiya, informasiya texnologiyaları, maliyyə və başqa sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib. Forum biznesin qarşılıqlı təşviqinə, yeni əməkdaşlıq sahələrinin üzə çıxmasına, iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə olub. Nəticədə Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycanda iqtisadiyyarın ticarət, sənaye, xidmət, bankçılıq, sığorta kimi müxtəlif sahələrinə investisiya yatırıblar. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Səudiyyə Ərəbistanının “Soroof İnternational” şirkəti arasında Səudiyyə Ərəbistanı Krallığında neft-qaz sahəsində uzunmüddətli layihələrin yerinə yetirilməsi haqqında Anlaşma Memorandumu da imzalanıb.
 
Azərbaycan prezidenti İlham Əliyevin ər-Riyada 2005-ci ildə etdiyi rəsmi səfərlə ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ başlayıb. Səfər çərçivəsində iki ölkə hökumətləri arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, eləcə də Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Azərbaycanda iki kanalın tikintisinin maliyyələşdirilməsinə dair kredit sazişi imzalanıb.
 
2019-cu ilin martın 5-də Bakıda iki ölkə arasında əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası keçirilib. İclasda nümayəndə heyətlərinə Səudiyyə Ərəbistanından Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Öməri, Azərbaycan tərəfindən isə maliyyə naziri Samir Şərifov başçılıq edib. Toplantıda hər iki ölkənin dövlət və özəl sektor nümayəndələri də iştirak ediblər. İclasda iqtisadi, ticari, texniki, müştərək investisiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə olunub, Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumu arasında “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı” imzalanıb. Proqramın hədəfi səudiyyəli investorlarla azərbaycanlı iş adamları arasında əlaqənin qurulması, investisiya və ticarət əməliyyatlarının sadələşdirilməsidir. Müzakirələr zamanı “yol xəritəsi”ni müəyyən edəcək işgüzar şuranın yaradılması haqda razılığa gəlinib. “Yol xəritəsi” iki ölkə arasında ticarət əlaqələrinin gücləndirilməsi məqsədilə qaydaların vaxtaşırı yenidən nəzərdən keçirilməsinə, yeni maddələrin əlavə olunması və ya mövcud maddələrin dəyişdirilməsini zəruri edən son yeniliklərni nəzərə alınmasına imkan verəcək.
 
Yeri gəlmişlən, Səudiyyə Ərəbistanı ilə Azərbaycan neft-qaz sahəsində ciddi sənaye imkanlarına malikdirlər. Səudiyyə Ərəbistanı “Əsrin müqaviləsi”ndə 2,27% paya sahibdir. 2012-ci ildə isə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Səudiyyə Ərəbistanının “Soroof International” şirkəti arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafı üzrə memorandum imzalanıb.
 
Bundan başqa, “Aramco” şirkəti 2018-ci ildə Bakıda regional nümayəndəliyini açmaqla, Azərbaycanda aktiv fəaliyyətini təmin edib. Bu nümayəndəlik “Aramco Overseas Company Azerbaijan LLC” adlanır. O, Azərbaycanda və Orta Asiyada neft-qaz sahələrində regional ofis kimi fəaliyyət göstərəcək.
 
Bir sözlə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan ikitərəfli əlaqələri strateji tərəfdaşlıq müstəvisinə qaldırmaq istəyir. Hər iki tərəf bu hədəfə yaxın vaxtda çatılması üçün ciddi fəaliyyət göstərir. Səudiyyə Ərəbistanının Bakıdakı səfiri Həməd bin Abdullah bin Xudeyrin böyük diplomatik təcrübəsilə, bu işə öz töhfəsini verir. Azərbaycan Respublikasının ər-Riyaddakı səfiri Şahin Abdullayev də uzun illərin diplomatik təcrübəsinə malikdir. Bütün bunlar iki ölkənin əlaqələrin inkişafında maraqlı olduğunu göstərir. Hədəf münasibətlərin yaxın vaxtlarda strateji tərəfdaşlıq müstəvisinə yüksəldilməsidir.
 
Son illər Azərbaycan həm də səudiyyəli turistlərin üstünlük verdiyi istiqamətə çevrilib. 2017-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana üz tutan şəxslərin sayı 37 min nəfər idisə, 2018-ci ildə 80 min nəfərə, 2019-cu ilin birinci yarısında 90 minə çatıb. Bu isə Azərbaycana illik üz tutan 2,8 milyon turistin 4%-i deməkdir. Turizm sahəsində əməkdaşlığın möhkəmlənməsində ölkələr arasında birbaşa hava xəttinin açılması da tmühüm rol oynayıb. “Azərbaycan Hava Yolları” QSC 2019-cu ilin aprelindən Bakıdan Səudiyyə Ərəbistanının altı şəhərinə – ər-Riyad, Ciddə, Dəmmam, Mədinə, Qəsim, Hufufa birbaşa uçuşlar həyata keçirir. Səudiyyə Ərəbistanının mülki aviasiya şirkətləri isə ər-Riyad və Dammamdan Bakıya uçuşlar təşkil edir.
 
(Ərəb dilindən tərcümə - WorldMedia.Az)
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
Hamısı