Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır - RƏSMİ | Eurasia Diary - ednews.net

14 İyul, Çərşənbə axşamı


Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır - RƏSMİ

Cəmiyyət A- A A+

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, sərnişin sayının azalması ilə əlaqədar iyunun 30-dan etibarən bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Hərəkəti dayandırılacaq qatarların siyahısı aşağıdakılardır:

- Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı;

- Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı;

- Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı;

- Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...