Deputatlar tətilə yollandılar | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


Deputatlar tətilə yollandılar

Cəmiyyət A- A A+

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub. 

EDNews.net-in xəbərinə görə, bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib. 

Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib. 

O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub. 

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı. 

Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar. 

Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...