Elm və təhsilin diaspor fəaliyyətinə təsiri müzakirə edilib | Eurasia Diary - ednews.net

7 İyul, Çərşənbə axşamı


Elm və təhsilin diaspor fəaliyyətinə təsiri müzakirə edilib

Cəmiyyət A- A A+
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən E-akademiya layihəsi çərçivəsində elm və təhsil sahələrinin diaspor fəaliyyətinə təsiri, şəbəkə və diaspor fəaliyyəti və s. mövzulardan bəhs edən videomüzakirələr keçirilib.
 
Virtual müzakirələrin qonaqları Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional portfel meneceri Violeta Vaqner, Nigeriyada Azərbaycan Dostları Təşkilatının təsisçisi və prezidenti Billurə Bayramova-Bernard olublar.
 
Şərqi Çin Pedaqoji Universitetində doktorantura təhsili alan Tural Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aydan İsrafilova və Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçısı Günay Cəfərovanın moderatorluğu ilə idarə olunan tədbirlər zamanı “Diaspor fəaliyyətində elm və təhsil aparıcı qüvvə kimi”, “Böhran hallarında diaspor təşkilatlarının fəaliyyəti”, “Şəbəkə və diaspor fəaliyyəti” mövzuları üzrə məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.
 
Konfrans https://www.facebook.com/Azerbaijan DiasporaYouth/ Facebook ünvanından canlı yayımlanıb.
 
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin E-akademiya layihəsi bu ilin aprel ayından həyata keçirilir. Əsas məqsəd yeni növ koronavirus pandemiyası dövründə Azərbaycan diasporunun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə videokonfransların təşkili və müvafiq müzakirələrin aparılmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...