“Sobsan” boya fabrikində baş verən yanğın söndürüldü - FOTOLAR - VİDEO | Eurasia Diary - ednews.net

15 Avqust, Şənbə


“Sobsan” boya fabrikində baş verən yanğın söndürüldü - FOTOLAR - VİDEO

Cəmiyyət A- A A+

Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın söndürülüb.

***

Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

 APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: “Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı beşi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, altı nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar”.

Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib. 

***

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

 
 
 
 
 
 
 
 

***

7-ci mikrorayondakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı FHN-in yanğından mühafizə xidmətinin əməkdaşlarından xəsarət alanlar olub.

Baku TV xəbər verir ki, hadisə nəticəsindən tüstüdən zəhərlənən yanğınsöndürənlər yoldaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

Bundan əlavə mülki vətəndaşlardan da xəsarət alanların olduğu bildirilib.

Yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvə və texnika cəlb olunub.

 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...