Nazirlikdən Bakıda kəskin qoxunun yayılması ilə bağlı - Açıqlama | Eurasia Diary - ednews.net

9 Avqust,


Nazirlikdən Bakıda kəskin qoxunun yayılması ilə bağlı - Açıqlama

Cəmiyyət A- A A+

Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy- qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Bunu EDNews.net-ə açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib. İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir. O, qeyd edib ki, mütəxəssislər tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

Qeyd edək ki, Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...