ABŞ-da “Asəf Zeynallı: Muğam üslubunda fantaziya” adlı virtual müsabiqə keçirilir | Eurasia Diary - ednews.net

7 Avqust, Cümə


ABŞ-da “Asəf Zeynallı: Muğam üslubunda fantaziya” adlı virtual müsabiqə keçirilir

Cəmiyyət A- A A+
ABŞ-ın Texas ştatında görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının "Muğam üslubunda Fantaziya”sının ən yaxşı ifası üçün virtual beynəlxalq müsabiqəyə start verilib.
 
Azərbaycan Amerika Musiqi Fondunun (AAMF) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqənin fəxri münsiflər heyətinə ABŞ-ın Şimali Texas Universitetində skripka ifaçısı, professor Culia Buşkova və Bakı Musiqi Akademiyasının professoru, görkəmli violin ifaçısı, Xalq artisti Zəhra Quliyeva dəvət olunublar.
 
AAMF-ın təsisçisi və icraçı direktoru, doktor Cəmilə Cavadova-Spitzberq bildirib ki, müsabiqədə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. Virtual tədbirə qatılacaq iştirakçılardan müsabiqəyə yüksək səs keyfiyyətinə malik videolar göndərmələri tələb olunur. Müsabiqənin nəticələri avqustun 19-da elan ediləcək. Qalibə 250 ABŞ dolları mükafat və AAMF-in sertifikatı təqdim olunacaq.
 
Virtual musiqi yarışına qatılmaq istəyənlər video ifalarını 5 avqust 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
 
Qeyd edək ki, AAMF Azərbaycan musiqisinin ABŞ-da, Amerika musiqisinin isə Azərbaycanda təbliğ olunması ilə məşğuldur. Bu dəfə təşkilat, 23 il ömür sürməsinə baxmayaraq, musiqi sənətində silinməz iz qoyan, milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynallının yaradıcılığına üz tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...