Şervin Nəcəfpur: "Doğma Azərbaycanımızın inkişafı naminə bütün gücümüzü sərf edirik"

Cəmiyyət 16:58 11.07.2020
"Azərbaycançılıq ideologiyasını xaricdə doğulub boya-başa çatan uşqalara və gənclərə aşılamaq lazımdır"
 
 
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsinin icrasına başlayıb. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Norveçdəki CAN təşkilatının sədri Şervin Nəcəfpurun News12.az-a müsahibəsini təqdim edirik.
 
-Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının birliyində nə kimi rolu var?
 
-Azərbaycan türkləri tarix boyu müxtəlif siyasi-hərbi münaqişlərlə cəlb olunmuş və xususi ilə Türkmənçay və Gülüstan müqavilələri nəticəsində bir çox ərazilərimiz bölündü və işğal olundu. Azərbaycan türklərinin ən qanlı səhifələri burdan başlıyır, tariximizin hər səhifəsində erməni, rus və fars terrorçuların qan izi var!
Bizim milli dəyərlərimiz, ədət-ənənələrimiz və tariximiz düşmən qüvəllər tərəfindən strateji bir şəkildə silinirdi. Nə xoşbəxt bizə ki bizim vətənpərvər dəyərli şəxsiyətlərimiz,dahilərimiz, azərbaycançılıq ideologiyasını qoruduqları üçün, 1918-ci ildə Şərqdə ilk demokratik cumhuriyyəti yaratdılar, 1945-ci ildə Güney Azərbaycan 22 ay olsa belə müstəqil dövlət qurdu, 1989-cu ildə Araz çayında sərhəd çəpərlərini sökməklə birliyə doğru ilk böyük addımımızı atdıq. Və hal-hazırda bizim 3 rəngli bayrağımız müstəqil Azərbaycan Respublikasında dalğalanır.
Bizim üçün azərbaycançılıq bir milli ideyadır və bunu yaşatmaq zəruridir! Bizi toplum olaraq bir yerdə saxlayan azərbaycançılıq və türkçülüq kimi ideologiyalarımızdır və bunu xususi ilə xaricdə doğulub boya çatanlara mütləq aşılamağa davam etməliyiz. Bizim çox prespektiv və innovativ həmvətənlərimiz var, onları özümüzə cəlb etməliyik. Mümkün olduğu qədər ayrı-seçkiliyə qarşı mübarizə aparmalıyıq ki, bu qaçınılmaz bir acı həqiqətimizdir. 50 milyon Azərbaycan türkü artıq birləşməlidir və təkcə sözdə deyil, əməldə də həmrəy olmalıyıq, necə ki bu birliyimizin simgəsi olaraq qəlbi bütöv Azərbaycan ilə döyünən şəxslər üçün, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.
 
-Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
 
-Azərbaycanın qanlı tarixini, Qarabağ həqiqətlərini və ərazi bütövlüyümüzün bərpa olunmasını isəyiriksək geniş şəkildə bunları dünyaya çatırmaq üçün səylərimizi etməliyik. Məhz buna görə mütləqdir ki, azərbaycançılıq ideologiyası təbliğ olunur və bu barədə yaxşı nəticələri ortaya qoyanlara daha çox yüksək diqqət ayırılır. Nəticədə güclü lobbi, güclü birlik gərəkdirir.
Hər xarici ölkədə, mütləq və mütləq Azərbaycan məktəbləri açılmalıdır, xüsusi ilə azərbaycançılıq ideologiyasını xaricdə doğulub boya-başa çatan uşqalara və gənclərə aşılamaq lazımdır. Unutmamalıyıq ki, gənclər gələcəyin potensial diaspor rəhbərləridir. Və Cənab Prezidentimizin və Birinci vitse- prezidentimizin böyük dəstəyi və bizlərə ayırdıqları vəsait ilə bu mümkündür. Hər ölkəyə görə o xalqın mentalitetinə və sisteminə görə uyğun strateji planlar qurulmalıdır və işci qruplar yaranmalıdır, bu işçi qruplara da mütləq tələblərdə qoyulmalıdır. Hər ölkədə olduğu kimi, Azərbaycanın diaspor ulduzlarını kəşf edib onlara dəstək vermək zəruridir!
Bizim üçün hər ölkənin səsi və dəstəyi lazımdır və mühümdür. Hər ölkə ilə güclü münasibətlər yaranmalıdır ki, onlar da lazım olanda bizlərə öz dəstəklərini göstərsinlər. Ona görə lobbiçilik bizim prioritetimiz olmalıdır. Erməni lobbisi bu sahədə çox fəaldır, məhz buna görədir ki dünya onların yalanlarına inanır və onları dəstəkləyir.
 
-Gördüyünüz işlərdə azəbaycançılığı necə təbliğ edirsiniz?
 
-Bir aktiv diaspor üzvü olaraq gördüyümüz işlər gözəldir, innovativdir, ancaq kifayət deyil. Hər şey gəlir maliyyə məsələsinə dayanır, lazımi qurumlardan dəstək görə bilmirik, maneələr yaradırlar, bizləri motivasiya edəcəkləri yerdə həvəsdən və ruhdan salmağa çalışırlar. Lakin buna baxmayaraq, öz misiyamıza sadiq qalaraq öz yolumuza davam edib, doğma Azərbaycanımızın inkişafı naminə bütün gücümüzü sərf edirik.
Öz imkanları çərcivəsində vətənimizi tanıtdırmağa çalışanlar bunu çox layiqincə etdiyini düşünürəm. CAN təşkilatı olaraq biz güclü dostluq körpüləri qurmağa, yerli xalqları özümüzlə bağlı maarifələndirməyə çalışırıq, rəsmilərlə sıx-sıx görüşlər təşkil edirik, Norveçin Baş naziri Erna Sulberq ilə görüşümdə onunla fikir mübadiləsi aparıb, ona Azərbaycanda baş tutmuş “Milli mirasımızın mənşəyini kəşf et” layihəsindən hədiyyə təqdim etmişəm. İlk dəfədir ki Norveçin yerli qəzetində Qarabağ həqiqətləri ilə bağlı azərbaycanlı jurnalist Fuad Hüseynzadənin müsahibəsi çap olundu. Bunlar hamısı böyük və əziyyətli addımlardır və könüllü fəalların birlik və bərabərlik ruhlarının nəticəsidir.
Və eyni zamanda hər kəsə məlumdur ki, mən öz şəxsi büdcəmlə illərdir ki bir çox ilklərə imza atmışam Norveçdə diaspor sahəsində. Hər kəsin bəlkə də 2019-cu ildə Antalya Fashion Weekdəki tarixi addımım yaddaşlarda qalıb. Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və həqiqətlərini bu günə kimi atılmamış bir innovativ addımla böyük səs-küy sala bildim, moda və siyasəti birləşdirərək. Ancaq könül istəyərdi ki, bu addımlar davamlı olsun. Diqqətlər dağılmadan, daha çox diqqət ayrılsın, maraq çoxalsın, xaricilər daha çox maariflənsinlər!
2020-ci ildə ermənilərin Şuşa şəhərində separatçıların yeni lideri Araik Arutunyan “andiçmə” mərasiminin keçirilməsi hər birimizi üzdü! Biz güclü bir diaspora sahib olmuş olsaydıq, bu gün çox sərt və layiqi şəkildə öz etirazlarımızı yerli mətbuatlarda əks etirə bilərdik. Yenə də bizlər könüllü təşkilatlar, fərdlər və Azərbaycandakı vətəndaş cəmiyəti ilə əməkdaşlıq edərək sosial şəbəkələrdə aktiv öz etirazlarımızı bildirməyə çalışırıq!  
Xatırlatmaq istiyirəm ki, hər bir azərbaycanlı, harada doğulmasından asılı olmayaraq, Azərbaycanı təmsil edən elçidir! Bizlər daima diqqət mərkəzindəyik, bunun fərqində olmasaq da və məhz buna görə çalışmalıyıq ki, öz vətənimizi daima layiqi təmsil edək və gördüyümüz bütün işlərdə Azərbaycanımızı və azərbaycançılıq ideyasını təbliğ edək.
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
Hamısı