Şəhid mayor Anar Novruzov doğulduğu kənddə dəfn olundu - FOTOLAR | Eurasia Diary - ednews.net

9 Avqust,


Şəhid mayor Anar Novruzov doğulduğu kənddə dəfn olundu - FOTOLAR

Cəmiyyət A- A A+

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlu doğulduğu Masallı rayonun Ərkivan kəndində dəfn olunub.

EDNews.net xəbər verir ki, Şəhidi son mənzilə yola salmaq üçün Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, deputatlar İqbal Məmmədov Anar İsgəndərov, Məşhur Məmmədov, Razi Nurullayev, Musa Qasımlı, Cavanşir Paşazadə, hərbçilər, yerli sakinlər və ictimayət nümayəndələri, ziyalılar və şəhidin ailə üzvləri iştirak ediblər. Hazırkı pandemiya dövründə insanların təhlükəsizliyi nəzərə alınaraq dəfndə iştirak edən insanlara qoruyucu maskalar paylanıb.

Qeyd edək ki, şəhid mayor Anar Novruzov 25 il hərb sahəsində xidmət edib. Onun 2 övladı var!

 

 

 

 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...