BAMF beynəlxalq ictimaiyyəti Ermənistana qarşı sərt tədbirlər görməyə çağırdı

Cəmiyyət 16:14 15.07.2020

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) beynəlxalq təşkilatları Ermənistan rəhbərliyini və silahlı qüvvələrini Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi növbəti təcavüz aktına görə sərt şəkildə qınamağa çağırıb.

EDNews.net bəyanatın tam mətnini təqdim edir:

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisinə qarşı növbəti təcavüzü barədə beynəlxalq təşkilatlara ünvanladığı

BƏYANAT

İyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub və Ermənistanla Azərbaycan arasında dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin  mövqelərini atəşə tutub.

Qısa müddət ərzində iki yüksək rütbəli hərbçi də daxil olmaqla on bir Azərbaycan hərbçisi şəhid olub. Bir neçə əsgər yaralanıb. Qeyd etmək lazımdır ki, Tovuz rayonu 1991-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində qanunsuz olaraq işğal edilən Qarabağ bölgəsi və ətraf 7 rayona daxil deyil.

Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquq və prinsiplərə məhəl qoymadan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək və genişləndirmək niyyətini açıq şəkildə bəyan edir.

Atəşkəs rejimi elan olunandan bəri Ermənistan həm Azərbaycan silahlı qüvvələrinin mövqeləri, həm də mülki yaşayış məntəqələri istiqamətində atəşkəs rejimini davamlı şəkildə pozub. 2017-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı qız və nənəsi öldürülüb. Təkcə 2019-cu ildə sərhəddə 6 vətəndaş qətlə yetirilib.

Hər kəsin koronavirus pandemiyası ilə mübarizə apardığı bu çətin dövrdə Ermənistan rəhbərliyi ölkələrindəki sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirməyə çalışaraq cinayət törətməyə davam edir. Ermənistan, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini uzun illərdir Azərbaycana məxsus Dağlıq Qarabağ və ona bitişik 7 rayonunun qanunsuz işğalından yayındırmaqla münaqişəyə yeni istiqamət verməyə çalışır. Üstəlik, bu açıq şəkildə KTMT-nin nüfuzunu qlobal miqyasda artıraraq ikitərəfli münaqişəyə cəlb etmək cəhdidir. Unutmayaq ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 1,2 milyondan çox qaçqın və məcburi köçkün hələ də doğma yurdlarına qayıda bilmir.

Son iki gündə Ermənistan silahlı qüvvələri dəfələrlə Azərbaycanın qərbində yerləşən Tovuz rayonunda dinc kəndləri bombalayaraq, 120 mm-lik minaatanlardan və D-30 tipli haubitsalardan istifadə edərək mülki şəxslərin həyatını təhlükə altında qoyur və qətlə yetirir. Tovuzda artilleriya atəşi nəticəsində 10-dan çox yaşayış binasına ciddi ziyan dəyib. İyulun 14-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonunun atəşə tutulması nəticəsində 76 yaşlı vətəndaş Əziz Əzizov həlak olub. Ermənistanla 29 km uzunluğunda sərhədə malik Qazax rayonunun qərbində yerləşən Xanlıqlar kəndi də erməni hərbçiləri tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Ötən gün Ermənistan Cenevrə Konvensiyasının 18-ci maddəsini pozaraq Tovuz Mərkəzi Xəstəxanasına hücum edib.

Azərbaycan bir neçə onilliklər boyu münaqişəni sülh yolu ilə, beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həll etməyə çalışsa da, Ermənistan bütün danışıqlar prosesini pozaraq atəşkəsi davamlı olaraq pozur. İndi biz Ermənistan rəhbərliyinin Azərbaycan ərazilərini ələ keçirmək kimi tamamilə qəbuledilməz olan yeni bir məqsədlə hücuma keçdiyini görürük. BAMF, Ermənistanın təcavüzkar və qəddar hərəkətlərini kəskin şəkildə pisləyir və beynəlxalq birliyi, BMT-ni, sülhməramlı təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, Avropa ictimaiyyətini Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı açıq mövqe sərgiləməyə və Ermənistan silahlı qüvvələrini azərbaycanlı mülki şəxslərə hücumlarına görə qəti şəkildə qınamağa çağırır. Nəhayət, təcavüzkar və işğalçıya qarşı konkret tədbirlər görülməlidir. Əgər Beynəlxalq birlik reaksiya verməsə, bu qarşıdurma regional təhlükəsizlik üçün ciddi hədə olmaqla Ermənistan və Azərbaycan arasında genişmiqyaslı toqquşmaya səbəb ola bilər.

Təşəkkür edirəm

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Hamısı