"Əsgərinə odun doğrayan, kazarma isidən, general və şəhid olan..." - Müsahibə

Cəmiyyət 22:56 18.07.2020
Şəhid general Polad Həşimovla vaxtilə hərbi xidmət keçmiş jurnalist İlham Tumas Teleqraf.com-un suallarını cavablandırıb.
 
Onunla müsahibəni təqdim edirik:
 
- İlham bəy, tarix Azərbaycanın qəhrəman oğullarından biri general-mayor Polad Həşimovun şəhid olduğu günü unutmaz. Onunla tanışlığınız necə olub?
 
- Poladla tanışlığım 1996-cı ildən başlayıb. O vaxtı Murovda hərbi hissədə zabit kimi xidmət edirdim. Polad o zamanlar bölük komandiri idi. Polad qeyri-adi insan idi. Onun ən böyük üstünlüyü əsgərləri övladı kimi sevməsi idi. Murov kimi soyuq bir yerdə kazarmanı isitmək üçün Polad özü odun doğrayırdı. O, zabit maaşı ilə kazarma təmir etdirirdi, əsgər kazarmasına televizor alıb verirdi. Belə böyük bir ürəyə sahib zabit idi.
 
Mən ordudan tərxis oldum, Polad isə qalıb hərbi xidmətini davam etdirdi, general rütbəsinə kimi yüksəldi. Onunla mülki həyatda məzuniyyətə gəldiyi vaxt, doğulduğu Qəbələ rayonunda, hərbi hissə komandiri olduğu yerdə bir neçə dəfə görüşdük. Polad həmişə sadə və təvazökar qaldı. Şəhidliyi də göstərdi ki, Polad hərb sahəni gözəl bilməklə yanaşı, həm də sadə və dəyərli vətəndaşdı. Nə rütbəsi, nə də vəzifəsi onu dostlarına, zabit yoldaşlarına qarşı mənasız yerə qürurlu etmədi. Həmişə sadə və təvazökar idi.
 
- Şəhadətindən sonra generalın vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan çox danışıldı. Polad Həşimov barəsində keçmişdə danışmaq necə bir hisdir?
 
- Tarixdə elə sahələrin ustadları olur ki, onların itkisi yalnız öz sahələrinin yox, bütün cəmiyyətin itkisi olur. Hərbdə də belədir. Polad elə bir zabit idi ki, onun itkisi təkcə yaxınları, doğmaları, zabit dostları, eləcə də tabeliyində olan əsgər və zabitlər üçün yox, ümumilikdə Azərbaycan ordusu və cəmiyyəti üçün bir itkidir.
 
Ümumiyyətlə, istənilən orduda Polad kimi zabitlər çox olmur. Belə zabitlər tək hərbi bilikləri ilə yox, həm də şəxsiyyətləri, şəxsi heyətə münasibətləri, mərdlikləri, qeyri-adi insani xüsusiyyətləri ilə fərqlənirlər.
 
Biz general Həşimovdan daha gözəl nailiyyətlər gözləyirdik. Deyirdik ki, Polad Həşimov, inşallah, işğal olunmuş ərazilərimizin azad olunmasında da iştirak edəcək. Təbii ki, Polad Həşimov haqqında keçmişdə danışmaq çox ağrılıdır...
 
- Nə zaman Polad Həşimovun qisası alındı deyə bilərik?
 
- Tək Polad Həşimovun yox, ümumiyyətlə, birinci Qarabağ savaşından başlayaraq şəhid olmuş hərbçilərimizin, eləcə də erməni terroru nəticəsində həlak olan mülki vətəndaşlarımızın qisası Azərbaycan əraziləri tam şəkildə işğaldan azad olunan vaxt alınmış sayılacaq. Şəhidlərimizin qisasını bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalananda almış olacağıq. İşğal altında olan ərazilər Azərbaycan dövlətinin hüququ altında olanda sakitləşəcəyik. O zaman hətta Cümhuriyyət dövründə canlarını fəda etmiş zabitlərimizin də ruhu hüzura qovuşacaq. Çünki erməni terroru tək XX-XXI əsri əhatə etmir.
 
- Sizcə, Polad Həşimovun ruhuna lazımi səviyyədə sevgini, ehtiramı göstərə bildikmi?
 
- Polad bizim müstəqil dövlətimizin ilk şəhid generalıdır. Bundan əvvəl 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus helikopter ermənilər tərəfindən vuruldu. Nəticədə Baş prokuror İsmət Qayıbov, Daxili İşlər naziri, general Məhəmməd Əsədov şəhid oldu.
 
General Polad Həşimov da onlar kimi döyüş şəraitində öz xidməti vəzifəsini yerinə yetirərkən şəhidliyə qovuşdu. Hesab edirəm ki, həm dövlət səviyyəsində, həm xalqımız general Həşimovu hansı böyüklükdə, hansı ehtiramla sevildiyini göstərdi. Ölkə başçısı və bir iş adamı tərəfindən zabitimizin ailəsinə mənzil hədiyyə olundu. Təbii ki, bunlar onun bədənini əvəz etməz, amma hər halda bu, böyük bir ehtiramdır.
 
Cəmiyyətimiz şəhidə həmişə yüksək ehtiram göstərib. Dostumuz, Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlının gözəl bir sözü var, şəhidin iqtidarı, müxalifəti olmur. Doğurdan da belədir. Etiraf etməliyik ki, şəhidlərimizə ehtiram göstərilməsi məsələsində heç qüsurumuz yoxdur. Həm iqtidar, həm müxalifət, həm xalqımız bu məsələdə yekdildir.
 
- General rütbəli bir şəxsin səngərdə vurulması generallar haqqında fikirləri alt-üst etdi. Onun haqqında bilmədiyimiz daha nələr var?
 
- Polad Həşimovun döyüşdə şəhid olması bəzi suallar da doğurdu. Ancaq ən çox bir ifadə işləndi ki, generalımız əsgərlə bir yerdədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, həmişə deyirdilər ki, filankəsin18 yaşı var idi, axı onun şəhid olası vaxtı deyildi. Təbii ki, Poladın, polkovnik-leytenant, kəşfiyyatçı Raquf Orucovun və digər yüksək rütbəli zabitlərimizin şəhid olması Azərbaycan ordusunda zabitlərimizin öz əsgərlərinin yanında olduğunu göstərir. Onlar döyüşdə öndə gedirdilər, arxadan yox, irəlidən komanda verir, əsgərləri də öz arxalarınca aparırdılar.
 
Polad Həşimov haqqında danışan insanları sıralasaq mən onlardan lap axırda danışmalıyam. Çünki Poladla döyüş yox, zabit yoldaşı olmuşuq. 1996-2000-ci illərdə müharibə şəraiti olsa da, biz döyüş bölgəsində olsaq da, Poladla döyüşə girmək şərəfinə nail olmamışam. Amma Polad sonralar, 2016-cı ildə Aprel döyüşlərində də iştirak etmişdi.
 
- Generalın adının gələcək nəsillərə çatdırılması üçün hansı işlər görülür?
 
- Polad haqqında kitab hazırlanır. Artıq Həşimovla bir yerdə kursant olmuş çox yaxın dostları ilə əlaqə saxlamışıq, onların fikirləri də bu kitaba salınacaq. Bu, mənə və bu işə kömək edən dostlara Polad haqqında bilmədiklərimizi öyrənməyə kömək edəcək.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Hamısı