Sübhan Talıblı: Ermənilərin növbəti təxribatının da qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı

Cəmiyyət 22:02 25.07.2020
Azərbaycan xalqının öz dövlətçilik ənənələri, ordusu, hərbi sərkərdələri ilə dünya tarixində xüsusi yeri və rolu olub. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün beynəlxalq danışıqlarda, xarici və yerli KİV-lərə müsahibələrində, beynəlxalq və regional təşkilatlarda çıxışlarında qətiyyətlə bəyan edir ki, Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcək. Ermənistan bütün işğal olunmuş ərazilərimizi tərk etməyincə bizim onlarla heç bir əməkdaşlığımız mümkün deyil. Ermənistan bütün beynəlxalq hüquq prinsiplərini, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə, qərar və bəyanatları kobud şəkildə pozur, işğalçılıq və təxribat fəaliyyətini davam etdirir. İşğal olunmuş ərazilərimizdə qədim mədəni, dini abidələrimizi, məzarlıqlarımızı dağıdır, ekologiyamızı, flora və faunamızı məhv edir, su təhlükəsizliyi problemi yaradır, tarixi yer adlarımızı dəyişdirir, ərazilərimzidə qeyri-qanuni məskunkaşdırma siyasəti həyata keçirir. Təcavüzkar Ermənistan dövləti 1988-ci ildən başlayaraq təxribat və işğalçılıq əməllərini işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda davam etdirir. Bu il iyulun 12-dən başlayaraq isə mənfur qonşularımız Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ancaq fəxrlə deyə bilərik ki, ermənilərin bu təxribatının da qarşısı silahlı qüvvələrimiz tərəfindən qətiyyətlə alındı. Təcavüzkar Ermənistan dövlətinə və təxribatçı ordusuna qarşı tədbirlər görüldü, onun canlı qüvvəsi və texnikası ordumuz tərəfindən məhv edildi. Qəhrəman hərbçilərimiz, həmçinin bölgədə yaşayan mülki əhali arasında da şəhidlərimiz oldu. Əminik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.
 
Bu fikirləri EDNEWS-a müsahibəsində AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı söyləyib. O deyib: “Şanlı ordumuzun rəşadəti və xalqımızın orduya, dövlətə dəstəyi və milli birliyi düşmən tərəfdə, eləcə də onları dəstəkləyən regional güclərdə təşviş yaradır. Son günlərdə bütün şəhər və rayonlarımızda, xaricdə ordumuza dəstək məqsədilə keçirilən yürüşlərdə minlərlə insanın, xüsusilə də Azərbaycan gəncliyinin yaratdığı coşqu, xalqımızın ordu və Ali Baş Komandanla birliyi, cəmiyyətimizdə hökm sürən yüksək vətənpərvərlik ruhu düşmən üçün ən böyük göz dağı oldu. Qardaş Türkiyənin, Pakistanın, Şimali Kipr Türk Respublikasının, Ukraynanın və digər dövlətlərin də Azərbaycanı dəstəkləməsi tarixi Azərbaycan torpaqlarında 1918-ci ildə yaradılan Ermənistana və onu müdafiə edənlərə bir haqq mesajı oldu. Bu gün biz, gənc alimlər də əlimizdə qələm, silahla dövlətimizə, ordumuza dəstək olmalı, Prezidentimizin ətrafında sıx birləşməliyik. Bu məqsədlə sosial şəbəkələrdə, dünya KİV-lərində, xarici mətbuatda müxtəlif dillərdə Azərbaycanın haqq səsini dünyaya çatdırmalı, susmamalıyıq. Döyüşlərdə qəhrəmancasına həlak olan hərbçilərimizə və şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik. Vətən sağ olsun!”.
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO

Xəbər xətti

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Hamısı