İyulun 24-də AQSİA-nın İdarə Heyəti və Nəzarət-təftiş komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
EDNews.net xəbər verir ki, iclasda öncə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin yeni formalaşan tərkibi, Pandemiya dövründə Assosiasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələrə dair hesabat müzakirə olunub.
Qeyd edək ki, yığıncaqda iştirak edən İdarə Heyəti və Nəzarət-təftiş komissiyasının üzvləri onları qayğılandıran məsələləri gündəmə gətirərək təkliflərini səsləndiriblər.