Nazirlik tərəfindən 25 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib, 646 min vətəndaş müraciəti cavablandırılıb | Eurasia Diary - ednews.net

10 Avqust, Bazar ertəsi


Nazirlik tərəfindən 25 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib, 646 min vətəndaş müraciəti cavablandırılıb

Cəmiyyət A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayında (karantin dövründə Operativ Qərargahın tələblərinə uyğun) 25,5 mindən çox vətəndaş  fərdi qaydada qəbul edilib.

Nazirlikdən EDNews.net-ə daxil olan məlumata görə, onlardan 869-nu nazir, nazir müavinləri, nazirliyin Aparat rəhbəri və digər rəhbər vəzifəli şəxsləri qəbul edib.

Yanvar-iyun aylarında ümumilikdə Nazirlik tərəfindən 646,4 min (o cümlədən 142 Çağrı mərkəzi vasitəsilə 421,7 min, ərizə, onlayn, elektron poçt ilə edilən 155 min, sosial şəbəkələr (facebook, instagram və s.) vasitəsilə 61,2 min, Nazirliyin Aparatı üzrə iş telefonları vasitəsilə 8,5 min) vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...