Millət vəkilləri şəhid mayor Anar Novruzovun evini ziyarət edib - FOTOLAR | Eurasia Diary - ednews.net

1 Oktyabr, Cümə axşamı


Millət vəkilləri şəhid mayor Anar Novruzovun evini ziyarət edib - FOTOLAR

Cəmiyyət A- A A+

Tovuz və Masallı seçicilərini Milli Məclisdə təmsil edən Millət vəkilləri – Qənirə Paşayeva, Məşhur Məmmədov, Anar İsgəndərov və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova, 14 iyulda Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzovun Masallı rayonu Ərkivan qəsəbəsindəki evini ziyarət edib.

Millət vəkili Qənirə Paşayeva şəhid mayorun evini ziyarət etməyin, müqəddəs Qurban bayramı günü şəhidin ailə üzvləri ilə bir yerdə olmağı bir mənəvi borc kimi xarakterizə edib, bu ziyarətin şəxsən onunçün unudulmaz olacağını deyib. “Mən hadisələrin ilk günlərindən Tovuzdaydım, şəhid olan hərbçilərimizlə, rəhmətlik Anarla da o həyəcanlı günlərdə tanış olmaq fürsətim oldu. Şəhid olan, yaralanan hərbçilərimizin hər birinin fədakarlığı, vətənpərvərliyi ən yeni dövr hərb tariximizin özünəməxsus səhifəsini təşkil edir.

Hadisələrin içində olan, yerli və beynəlxalq reaksiyalarla tanış ola bilmiş və nəhayət, Tovuzdan doğulub, böyümüş bir bacınız olaraq, o günlərdə yaşananların, düşmənin məram-məqsədinin və hərbçilərimizin Tovuzda nəyin uğrunda şəhid olduqlarını dərindən dərk edirəm.  Biz ölkə olaraq, çox ciddi bir prosesdən keçdik, ordumuz düşmənə layiqli cavab verdi və məqsədlərini puç etdi. Şəhidlərimizə minnətdarıq, ruhları kimi, onların ailələri, doğmaları da bizimçün həmişə əziz olacaq.”

Millət vəkili Məşhur Məmmədov özünün də hadisələr vaxtı Tovuza getdiyini, ordunun, yerli əhalinin ovqatı ilə tanış olduğunu və ordu-xalq, xalq-dövlət birliyinin sarsılmazlığına şəxsən şahidlik etdiyini dedi. O, ötən günlər ərzində Tovuz döyüşlərində şəhid olmuş digər şəhidlərin ailəsinin də ziyarət edildiyini, belə ziyarətlərin bir mənəvi borc olduğunu bildirib.

Millət vəkilli Anar İsgəndərov şəhidlərimizin fədakarlığının, qəhrəmanlığının tarixi ənənələrə əsaslandığını bildirərək, şəhidlərimizin döyüş yolunun öyrəniləcəyinə, yeniyetmə və gənclər tərəfindən örnək alınacağına inandığını deyib.

Əslən Masallıdan olan RHİM İB sədri Arzu Bağırova və şəhidin ailə üzvləri öz ürək sözlərini bölüşüb. Qonaqlar şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqətindədir və hər kəs də şəhid ailələrinə münasibətdə ali dövlət rəhbərliyinin münasibətini özünə örnək almalıdır.

1

1

1

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...