“Bu gün yaxın dostum Fəttah müəllim dünyasını dəyişmişdir. O, yüksək mənəvi və insani keyfiyyətlərə sahib, cəmiyyətimizdə hər zaman ağsaqqallığı və müdrikliyi ilə seçilən, dini-mənəvi dəyərlərə ehtiramla yanaşan bir insan idi. Əziz Hacımız həmişə xeyirxahlığı və sadəliyi ilə hamımıza örnək olmuşdur.
Allahdan Fəttah müəllimə rəhmət, ailəsinə səbr diləyirəm.”