“Ailə Cizgiləri”nin çəkilişlərinə başlanılıb | Eurasia Diary - ednews.net

1 Oktyabr, Cümə axşamı


“Ailə Cizgiləri”nin çəkilişlərinə başlanılıb

Cəmiyyət A- A A+

"Bəhram Nəsibov Yaradıcılığının Təbliği" İctimai Birliyi “Ailə cizgiləri" adlı sosial çarxın hazırlanması istiqamətində işlərə başlayıb.

EDNews.net xəbər verir ki, İctimai Birliyin sədri Adil Nəsibovun sözlərinə görə, sosial çarx qloballaşan dünyamızda milli mental dəyərlərimizə, zəngin dünyagörüşümüzə təsir göstərən yad amillərin ailələrə sirayət etməsi və bu səbəbdən ailə dəyərlərimizin qorunması üçün maarifləndirici xarakter daşıyır.

“Bu gün elektron qurğular, rəqəmsal aparatlar, mobil telefonlar ailə üzvlərinin həyatında xüsusi yerə malikdir. Pandemiya dövründə isə onlayn və distant fəaliyyətlərin daha aktual olduğunu müşahidə edirik. Bu baxımdan xüsusən şəhər ailələrində, ailə üzvlərində onlayn asılılıq, ailə üzvlərinə biganəlik artmaqdadır. Hesab edirik ki, bütün onlayn fəaliyyətlər, əvvəlcədən müəyyən edilmiş qrafiklər üzrə həyata keçirilməlidir. Uşaqlarla, ailə üzvləri ilə canlı təmasa üstünlük verilməlidir”, deyə A. Nəsibov bildirib.

Qeyd edək ki, ailələrdə milli dəyərlərin, ənənələrin təbliği, maarifləndirici xarakter daşıyan sosial çarx QHT Şuranın dəstəyi və İTV-nin sifarişi ilə hazırlanır.

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...