Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir

Cəmiyyət 11:25 06.08.2020
Dünyanın nüfuzlu ali təhsil ocaqlarında, elm mərkəzlərində çalışan yüzlərlə azərbaycanlı ziyalı uzun illərdir yorulmadan Azərbaycan həqiqətlərini, ölkəmizin haqlı mövqeyini təbliğ edir, yerli ictimaiyyətin diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəltməyə çalışır. Azərbaycanın Tovuz rayonuna Ermənistanın hücumu, hərbi və mülki insanların ölümü, eləcə də müxtəlif ölkələrdə radikal erməni terror qruplarının soydaşlarımıza qarşı təxribatına biganə qalmayan ziyalılarımız Azərbaycanın haqlı tərəf kimi qalib gələcəyinə inanır, ölkənin sərhədlərini qorumaqla yanaşı, informasiya müharibəsində səyləri daha da artırmağı tövsiyə edirlər.
 
Los-Anceles və Brüssel hadisələri ermənilərin iç üzünü dünyaya tanıtdı
 
Estoniya Azərbaycan Cəmiyyətinin sədri, Tartu Universitetində Türk bölməsinin rəhbəri Xəqani Qayıblı: „Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı başda Ermənistan və onun arxasında duran havadarları olmaqla, dünya dövlətlərinin hesablaşmağa məcbur olduqları bir gerçəklik də var – ən müasir silah-sursat, texnika və avadanlığa malik olan, maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında dayanan, nizami orduya sahib AZƏRBAYCAN GERÇƏKLİYİ! Bundan əlavə, hər an Ali Baş Komandanın əmrini gözləyən, dövlətinə, bayrağına, torpağına sahib çıxan, Azərbaycanın ərazi bütövlüyünün bərpasında son damla qanına qədər döyüşməyə hazır olan milyonlarla azərbaycanlı ordusunun varlığı bu gerçəkliyin miqyasını gözlər önünə sərməkdədir. Son günlərdə Tovuz istiqamətində gedən döyüşlər zamanı bir gecədə minlərlə soydaşımızın ordumuza dəstək mitinqinə qoşulmasından və bir neçə gün ərzində əlli mindən çox gəncin səfərbərliyə üz tutaraq qeydiyyatdan keçməsindən təşvişə düşüb əndişələnən, aqressiv və terrora meyilli saldırqan ermənilər öz xislətlərinə xas olaraq, dünyanın müxtəlif şəhərlərində iğtişaşlar törədərək, əsas hədəfi dünya ictmaiyyətinin diqqətindən yayındırmağa çalışsalar da, onların məkirli siyasətinə uymayıb əzmkarlıq və dözümlülük nümayış etdirərək dinc aksiyalar keçirən vətənpərvər soydaşlarımızın sayəsində niyyətlərinə nail ola bilmədilər. Əslində, Los-Ancceles və Brüssel kimi şəhərlərdə soydaşlarımıza qarşı hücum edən radikal erməni qrupları bütün dünyada terror qrupu kimi tanınan ASALA Erməni terror təşkilatının simvolu həkk olunmuş köynək geyinməklə iç üzlərini bir daha dünyaya açıb göstərdilər. İnanıram ki, daha çox sülh mərkəzli anlayışla hərəkət edən cəmiyyətlərə rəğbət bəsləyən müasir dünya ictimaiyyəti erməniləri qədərincə tanıya bildi.
Böyük dövlətlərdən fərqli olaraq, Estoniya kimi 1,5 milyon əhalisi olan kiçik cəmiyyətlərdə terror elementlərini özündə ehtiva edən hərəkət və iğtişaşların qarşısı birmənalı olaraq vaxtında, dərhal alınır. Bunun müqabilində auditoriya mərkəzli diskussiyalara yer verilir. Uzun illərdir yaşadığımız ölkə(lər)də dövlətimizin haqlı mövqeyini, millətimizin üzləşdiyi haqsızlıqları, ümumiyyətlə, Dağlıq Qarabağ həqiqətlərini istər universitet və bənzər elm ocaqlarında, istərsə də başqa uyğun auditoriyalarda, həmçinin müxtəlif media orqanlarında mümkün qədər ictimaiyyətə çatdırmağa çalışırıq. Hadisələrin lehimizə olan hərəkət istiqamətindən yola çıxaraq, ümid edirəm ki, çox yaxın vaxtlarda dünya dövlətləri Azərbayanın haqlı olduğunu qəbul edəcək və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin ediləcək. Bunun nəticəsi olaraq, nəhayət azərbaycanlıların öz tarixi torpaqlarına qovuşacağına inanıram“.
 
Azərbaycanın qalibiyyətinin ən qısa yolu gənclərimizin yüksək təhsili və uğurundan keçir
 
Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdovun fikrincə, Azərbaycanın xaricdə əsas fəaliyyəti informasiya sahəsində olmalıdır: „Bütün fəaliyyətlər qanun çərçivəsində həyata keçirilməlidir. Qarşı tərəf bu münaqişəyə 100 illərdir hazırlaşır, Azərbaycan isə cəmi 30 ildir. Bu müddətdə Azərbaycanın informasiya müharibəsində gücü artir, amma daha çox işlər görmək lazımdır. Hazırda, Azərbaycanın ərazi bütövlüyü üçün mübarizədən əlavə, əsas fəaliyyəti təhsil və bu sahədə uğurlar qazanmaq olmalıdır“.
Azərbaycanlı professor Ermənistanın tarixi „arqumentlər“ini də əsassız hesab edir və müasir dünyada tarixi arqumentlərin işləmədiyini diqqətə çatdırır: „Qarşı tərəfin orta əsrlər düşüncəsi ilə yaşaması və onu təbliğ etməyə çalışması təccüblüdür. Çünki müasir dünyada tarixi arqumentlərdən istifadə edərək ərazi iddiaları olmamalıdır. Buna yol vermək olmaz. Tarixi arqument düz olsa da, olmasa da, müasir dünyada işləyə bilməz. Əgər tarixi arqumentlərdən istifadə etsək, onda Amerika və ya Avstraliya yerli əhaliyə qaytarılmalıdır. BMT tərəfindən tanınan sərhədlər saxlanılmalı və hər bir etnik qrupun istənilən ölkədə inkişafına imkanlar yaradılmalıdır. Bu, dünyada gedən prosesdir. Azərbaycan da bu prosesdə iştirak edir. Hazırda Ermənistanın təcavüzkar siyasəti nəinki Azərbaycanın, bütün Qafqazın inkişafına mane olur. Ən çox ziyan çəkən də Ermənistanın özüdür. Bunu ermənilərə çatdırmaq lazımdır, erməni xalqı bilməlidir ki, Qafqaz xalqları bir yerdə yaşamalıdır və yaşayacaqlar: Ermənistan ilə bir yerdə və ya onlarsız. Bu qaçılmaz bir faktdır və bunu erməni xalqına çatdırmaq üçün strateji planlar lazımdır. Əlbəttə, Azərbaycanın bu münaqişədə haqlı tərəf kimi qalib gələcəyinə inanıram. Bu məqsədə nail olmağın ən qısa yolu Azərbaycan gənclərinin yüksək təhsili və qazandığı uğurlardan keçir. Artıq kifayət qədər uğurlu azərbaycanlıların olması o deməkdir ki, genetik baxımdan Azərbaycan xalqı heç bir millətdən geri qalmır. Ancaq və ancaq təhsil, elm və texnologiya istiqamətində güclü işlər görülməklə mövcud potensial özünü göstərər. Yadda saxlayaq ki, müasir dünyada əsas müharibə və mübarizə informasiya dünyasındadır. Bu mübarizələrdə uğurlu olmaq üçün təhsil və elm vacibdir!!“
 
Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir
 
Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri, tarix elmlər doktoru, professor Fərhad Turanlı bildirir ki, Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının tamamilə azad olunmasına və tam qələbə əldə edilməsinə qədər çevik hücumları bərpa etmək vacib şərtdir! Ermənistan ordusunun birləşmələri COVID-19 yoluxucu xəstəliyini nəzərə almadan, mütəmadi olaraq, o cümlədən iyulun 12-13-də Azərbaycanın kənd və şəhərlərini şiddətli atəşə tutmaları, ordumuzun bir nəfər generalını, digər yüksək rütbəli zabitlərimizi və sıravi əsgərlərimizi öldürmələri, Azərbaycan diaspor təşkilatlarının ordumuza dəstək məqsədilə təşkil etdikləri mitinqlərə və diplomatik təmsilçiliklərimizə qarşı təxribat törətmələri, şəhidlərimizi təhqir etmələri cavabsız qalmamalıdır:
Dünya tarixində müharibələrin gedişatını təhlil edərək, qəti şəkildə qeyd edirəm ki, Beynəlxalq münasibətlərdəki və ölkəmizdəki mövcud olan vəziyyəti də nəzərə alaraq ordumuz işğal olunan torpağlarımızı azad edərək Naxçıvanla quru ərazimizi birləşdirməlidir.
Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir. Qarabağ ulu Azərbaycan türk millətinin anasıdır. Ey Böyük Azərbaycan Xalqı! Gec qalma, qalx ayağa, düşün, mərd və MÜBARİZ ol! Azərbaycan Konstitusiyasına istinadən, xalqın iradəsinə əsaslanaraq ordumuz ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hücuma başlayaraq tam qələbə çalmalıdır! Dərhal hücumlara başlanılmasını Azərbaycan ordusunun Ali Baş Komandanından xahiş edir, ordumuza qələbə arzulayıram!”
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Türkiyədə fırtına məscidin minarəsini uçurdu, leysandan küçələri su basdı
19:00 20.04.2024
Ceyranbatan su kanalında bir nəfər batıb
18:35 20.04.2024
Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
18:13 20.04.2024
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
Hamısı