Qənirə Paşayeva parlamentdə cəmiyyəti narahat edən bir sıra problemlərdən danışıb

Cəmiyyət 15:46 06.08.2020

Millət vəkili Q.Paşayeva MM-da kasıb ailələrdən olan tələbələrə təhsil haqqı güzəştləri, mollardan kənar ticarət obyektlərinin, açıq havada fəaliyyət göstərən kafe və restoranların açılması təklifləri ilə çıxış edib və insanları narahat edən bir sıra problemləri səsləndirib. 

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuş müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib. 

Q.Paşayeva eyni zamanda bir sıra vacib məsələlərə də toxunub: “Dünya ağır bir pandemiya dönəmindən keçir. İnsanlarımız cənab Prezidentimizin rəhbərliyi altında dövlətimizin əhalimizin sağlamlığı, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstəklə bağlı həyata keçirdiyi proqramları yüksək qiymətləndirir. Amma bəzi məsələlər var ki, onlara da böyük diqqət yetirilməsini istərdik. Təxminən 15 min aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarına edilən güzəştləri, həmin vəsaitin dövlət büdcəsindən ödənilməsini yüksək dəyərləndiririk. Amma belə ailələrin sayı hədsiz çoxdur. Sakinlərimizlə görüşdə görürük ki, təhsil haqqını ödəyə bilmədiyinə görə hətta 3-cü, 4-cü kurs tələbələri var ki, universiteti atmaq məcburiyyətində qalırlar. Əgər büdcədə 40 milyon vəsait varsa, güzəşt tətbiq olunan kateqoriyanın genişləndirilməsi barədə Təhsil Nazirliyi ilə müzakirələr aparmaq lazımdır. Övladını tək başına böyüdən analar var ki, təhsil haqqı ödəməyə çətinlik çəkirlər. Biz bu cür ailələrə dəstək olmalıyıq. Ona görə də xahiş edirəm ki, övladını tək böyüdəndə çətin vəziyyətdə olan ailələrə tələbələrin neçənci kursda oxumasından asılı olmayaraq dəstək göstərilsin, onlara tğhsil haqlarında güzəştlər olunsun.”

Millət vəkili Qənirə Paşayeva dövlətimizin sahibkarlığa göstərdiyi dəstək barədə də danışıb. O bildirib ki, bu sahədə 10 minlərlə insan çalışır və ölkə iqtisadiyyatının gücü sahibkarlığın inkişafı ilə ölçülür. Millət vəkili deyib: “İnsanlarımız karantin qaydalarının onları qoruduğunu bilirlər. Lakin bəzi təkliflər səsləndirirlər ki, Operativ Qərargah bəzi sahələrdə yumşaldılmanın aparılmasını həyata keçirsinlər. Mollardan başqa ticarət obyektləri var ki, gündəlik müştəri sıxlığı az olur. Mebel, qızıl və geyim dükanlarından başlayaraq mollardan başqa bütün ticarət mərkəzlərinin açılmasını həyata keçirmək vacib və müsbət olardı. Yoluxma riski qapalı məkanlardakı qədər böyük olmayan, açıq havada yerləşən restoranlar, kafelər var ki, orada karantin qaydalarına əməl etməklə fəaliyyəti bərpa etmək olar. Bu iş yerlərinin açılması sahibkarlığın inkişafı üçün müsbət olar. Dövlətimiz hər zaman əhalinin sağlamlığını iqtisadiyyatdan üstün tutur. Hər birimiz bu fikri dəstəkləyirik. Amma bu məsələlərə də baxılması, risklərin dəyərləndirilməsi yaxşı olardı. Çünki insanlarımız arasında belə müraciətlərin sayı getdikcə artır. Vüqar müəllimin fikrinə dəstək olaraq mən də müvafiq qurumlara nüraciət edirəm ki, azaldılan xərclər arasında su təsərrüfatı ilə bağlı xərclər olmasın. Cənab Prezidentimizə su anbarlarının tikintisi üçün imzaladığı sərəncama görə təşəkkür etdik. Kənd rayonlarında su problemləri, suvarma problemlərii hələ də ciddi olaraq davam etməkdədir. Bütün bunları nəzərə alaraq, xahiş edirik ki, azaldılan xərclər arasında su təsərrüfatı xərcləri yer almasın”.


Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
Hamısı