“Livanda “Palmali”nin borcuna görə girov qalmışıq, sənədlərimiz də əlimizdən alınıb”

Cəmiyyət 09:45 07.08.2020

“Livanın paytaxtı Beyrutda yerləşən və “Palmali Şirkətlər Qrupu”na məxsus Kapitan Nəğdəliyev gəmisinə həbs qoyulub, həmin gəmidə girov olaraq saxlanılırıq. Mayın 12-dən buradayıq, heç bir yerə çıxa bilmərik”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında “Palmali Şirkətlər Qrupu”na məxsus Kapitan Nağdəliyev gəmisində baş köməkçi kimi çalışan Emin Abışov deyib. 

O deyib ki, may ayının 12-dən etibarən Livana gəliblər və gəmini tərk edə bilmirlər:

“Bizim sənədlərimizi əlimizdən alıblar və heyəti girov saxlayıblar. Buna səbəb isə “Palmali Şirkətlər Qrupu”nun Estoniyanın bunker kampaniyasına borcu olmasıdır. Məhkəmə qərarı ilə həmin gəmiyə həbs qoyublar. Buna görə də gəmidə 10 azərbaycanlı və iki rusiyalı şəxs girov kimi saxlanılır. Bundan başqa, ötən gün məlumat əldə etmişik ki, şirkətin Hollandiyanın bir bankına 70 milyondan çox borcu var. İtaliyada da analoji vəziyyət yaranıb. Oradakı gəmilərdən birinə də içindəki heyətlə birlikdə həbs qoyulub. Xahiş edirəm ki, bizə kömək edəsiniz”. 

Emin Abışov deyib ki, Livanın paytaxtında Beyrut şəhərində limanda baş verən partlayışda xəsarət alıb:

“Həmin partlayış bizim limanının yaxınlığında baş verdi. Həmin ərazi ilə aramızda 700 metr məsafə var. Bizi sadəcə olaraq Allah qorudu, yüngül xəsarət aldıq. Yanımızda olan bütün gəmilərdə ölü var”.

E.Abışovun sözlərinə görə, gəmiyə həbs qoyulduqdan sonra gəmidəki bütün işçilərin pasportları əllərindən alınıb: “Bizim pasportları əlimizdən aldılar. Hər gün gəminin burada qalması əlavə 1700 dollar kirayə haqqıdır. Ümumilikdə, gəminin 250 min yanacağa borcu var. Bizə - işçilərə isə 250 minə yaxın maaş borcu yığılıb”.

O aidiyyəti qurumlara müraciət edib: “Səfirliyin əməkdaşları gəlib bizimlə maraqlanır, onlardan şikayətimiz yoxdur. Amma faktıdr ki, burada hamımız girov qalmışıq. Dövlət rəsmilərimizdən bizi xilas etmələrini xahiş edirik. Bizim aqibətimiz “Palmali”dəkilərin vecinə deyil. Mən bir ildən çoxdur ki, maaş almıram. “Palmali”nin mənə 50 min manatdan çox borcu var. Mən sadəcə pulumu alıb, evimə getmək istəyirəm. Xahiş edirəm ki, səsimizi aidiyyəti qurumlara çatdırın və bizə yardım edin”.

“Palmali Şirkətlər Qrupu”ndan AZXEBER.COM-a bildirib ki, məsələdən xəbərdardırlar: 

“Bəli, həqiqətən də belə problemlərimiz var. May ayından gəmimiz o limandadadır. Maddi problemləri aradan qaldırmağa çalışdığımız dönəmdə bu partlayış da problemlərimizi daha da artırdı. Ancaq “gəmi atılıb”, “heç kim maraqlanmır” kimi səsləndirilən ifadələr həqiqətə uyğun deyil. Çünki onlarla maraqlanır, yeməklə təmin olunmasında birbaşa özümüz iştirak edirik. Bu dəqiqə maddi sıxıntılarımız var, bu da son zamanlar baş verən hadisələrlə bağlıdır. İndiki rəhbərlik çətinliyi aradan qaldırmağa çalışır. Ancaq bütün gəmilərimizlə əlaqə saxlayırıq, olan problemləri aradan qaldırmağa çalışırıq.

AZXEBER.COM Kapitan Nağdəliyev gəmisindən çəkilmiş özəl videonu təqdim edir:


Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Hamısı