Azadlıq carçısı

Cəmiyyət 12:24 07.08.2020
Xalqın tarixini qəhrəmanlar yaradır. Öz mərdliyi, cəsarəti və qəhrəmanlığı ilə tarixə düşən şəxsiyyətlərdən biri də Ələkbər Hacı Məhəmmədəli oğlu Talıbovdur. Qeyd edək ki,  bu gün Hacı Ələkbər Talıbovun doğum günüdür.
 
Talıbov Ələkbər Hacı Məmmədəli oğlu 7 avqust 1953-cü ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Cənubunda Miyana fədailərindən idi. Ələkbər Talıbovun atası Hacı Məmmədəli 17 yaşında artıq Miyanada Azərbaycan Demokrat firqəsinin üzvü olub, sonradan isə Azərbaycanın Şimalında baş verən azadlıq hərəkatında iştirak etmişdir. Hacı Məhəmmədəli Talıbov milli-mənəvi dəyərlərimizin qorunmasında, İslam dininin əhali arasında geniş yayılmasında və dinin təbliğ olunmasında mühüm rol oynamışdır. Neftçala rayonu Bankə qəsəbəsində, habelə ətraf ərazilərdə cavanların din yolunda maariflənməsində böyük xidmətləri olmuşdur.
 Azərbaycan xalqı hər zaman öz mərdliyi, igidliyi, qəhrəmanlığı ilə seçilir. Azərbaycan xalqı hər zaman qəhrəmanlar yetişdirir. Azərbaycan mərdlər məkanıdır. Tarix boyu xalqımıza qarşı törədilən müharibələrlə mübarizə aparmış və hal-hazırda da bu mübarizəni davam etdiririk. Azərbaycan xalqının rifahı, ərazi bütövlüyü uğrunda canlarından keçən, igidlərimiz, qəhraman oğullarımız hədsiz sayıdadır. Məhz bu gün bizim rahat yaşamağımızın tək səbəbkarları onlardır. Qeyd edək ki, xalqımıza qarşı bu günə qədər çox faciələr törətdilmişdir. Məhz onların içində ən dəhşətlisi 20 Yanvar faciəsidir ki, tarixdə bu gün “Qanlı Yanvar” və ya “Qara Yanvar” kimi də qeyd olunur. 
 
 20 Yanvar  faciəsi XX əsrdə  törədilən ən qanlı terror aktlarından biridir. Ümumilli Liderimiz olan Heydər Əliyev qeyd etdiyi kimi: “20 Yanvar faciəsi, Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı keçirilmiş bir əməldir”. Bu faciədən artıq 30 il keçir. 1990-ci yanvar ayının 20-sində törədilən bu faciə Sovet ordusunun Azərbaycana xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı ən qanlı cinayətlərindən biri kimi tarixdə qalacaq. Bakıda həmin dövrdə fövqəladə vəziyyət elan edilmişdir.  Bakıda həyata keçirilən qırğınlarda 131 nəfərin öldürüldüyü qeyd olunur. Fövqəladə vəziyyət olunmadığı rayonlarda 1990-cı il yanvarın 25-də Neftçalada və yanvarın 26-sında Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Nə az, nə çox tam' da 30 il keçdi bu faciədən. 30 il keçsə də bu faciədən hər zaman qəlbimizdə bir hüzn, bir acı, bir yara açmışdır. 20 Yanvar faciəsində fədakarlıq göstərən, daim xalqının xidmətində dayanmış, xalqımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərən şəxsiyyətlərdən biri də Ələkbər Hacı Məhəmmədəli oğlu Talıbovdur. O həqiqətən də Azərbaycan xalqının görünməz qəhrəmanıdır. Ələkbər Talıbov kimdir? Azərbaycan xalqına nə kimi xidmətləri olmuşdur?
Bildiyimiz kimi,  1990-cı ildə Sovet ordusu Bakıda qırğınlar törətməklə kifayrtlənmir, 20 Yanvar hadisələrindən sonra Sovet ordusunun bir hissəsi digər bölgələrimizdə daxil olmağa çalışırdı. Bu vaxt Neftçalada Azadlıq hərəkatı baş vermişdir. Azadlıq hərəkatının fəallarından biri də Ələkbər Talıbov olmuşdur.
 
Qazi Ələkbər Talıbov Ans TV-yə müsahibəsində belə qeyd etmişdir: “Sovet ordusunun işğalçı ordusu məhz bizi bu yerdə güllə baran etdilər. Hərbçilərlə dialoq apardığımız zaman qəfil atəş açıldı. Hər birimiz müxtəlif nahiyələrimizdən xəsarət aldıq. Ələkbər Talıbov 20 Yanvar hadisələrinin canlı iştirakçısı idi. 0, 20 yanvar  faciəsininn Qazisidir. Ələkbər Talıbov Azərbaycan xalqının tarixində öz mərdliyi və cəsarətliyi , qəhrəmanlığı ilə iz qoyanlardan biridir. Ələkbər Talıbov usahibələrinin birində qeyd etmişdir ki; “Neftçalada 20 yanvar hadisələrinə etiraz zamanı heç bir silahımız yox idi. Sadəcə olaraq xalq üsyana qalxıb Bakıdakı 20 yanvar hadisələrinə öz etirazını bildirirdi. Daha sonra bizə məlum oldu ki, Neftçalada da bu hadisəni törədəcəklər. Neftçalanı hər tərəfli blokadaya alınmışdılar. Təbii ki biz xəbəri eşitdikdən sonra yeni qırğınların törədilməsinə imkan vermədik. Lakin buna baxmayaraq sovet ordusu bizlərdə divan tutdu. Neftçalada 2 nəfər Şəhid oldu .Bir neçə müddət Neftçalada törədilən qanlı Yanvar hadisələrindən sonra məni ölü bilirdilər. Çünki bizi əvvəlcə Bankə qəsəbəsindəki hərbi hissədə sıraya düzüb  güllələmək istəyirdilər. Lakin sonra fikirlərindən daşınıb bizi vertalyotla Bakıya gətirmişdilər”. 
 
Bir yazarın Ələkbər Talıbov haqqında məqaləsində qeyd etdiyi fikirlər diqqətimi çəkmişdi. O deyirdi: “Biz ağlımız kəsəndən  onun söhbətlərinə qonaq olmuşuq. Ələkbər Talıbov ruhumuzu qəhrəmanlıq duyğuları ilə tərbiyə etdirir, erməni vəhşiliyi, vətən uğrunda canından keçən neçə-neçə  igid oğulların qəhrəmanlıqla şəhid olması haqqında xeyli məlumat vermişdir.  O həmçinin gənclərin də  vətənpərvər ruhda böyüməsini, tarixini unutmaması üçün əlindən gələni əsirgəməmişdir. Onlara tarixi gözəl şəkildə aşılamağa çalışmışdır”.
 
Müsahibələrindən birində belə qeyd etmişdir: “Mən istiyərəm ki, gənclərimiz 20 yanvar hadisələrinin yalnız Bakı da olduğunu bilməsinlər, bilsinlər ki İmperiyaya meydan oxuyan Azərbaycan xalqı Neftçalada da güllə-baran edilib. 25 yanvar hadisələri zamanı bizim rayonda iki nəfər Şəhid oldu. Mən özüm güllə yarası aldım. Biz ayağa qalxdıq ki müstəqilliyimizi qoruyaq. Qan yaddaşımızı  unutmaq olmaz”.
Ələkbər Talıbov Azərbaycan xalqına göstərdiyi yüksək vətənpərvərliynə görə müxtəlif təltif və mükafatlara layiq görülmüşdür. O, 3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 625 N-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüşdür. 2000-ci ildə qanlı “20Yanvar” hadisələrinin on illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdür.
 
Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, azadlıq fədaisi, aşiqi olan, qəlbində daim vətənpərvərlik hissi ilə yaşayan, Azərbaycan xalqına qarşı törədilmiş  döyüşlərin canlı iştirakçısı olan, “Azadlıq uğrunda mübariz” olan Qazimiz Ələkbər Talıbov 2020-ci il mart ayının 8-də  qəflətən vəfat etdi. Onun vəfatı onu tanıyan hər birmiz üçün ağır itki oldu. Bu itki ailəsini,  onunla müharibələrdə birgə şücaət göstərmiş silahdaşlarını, həmkarlarını və onu tanıyanları dərindən sarsıtdı. Nə vaxtsa bu xəbəri alacağımız ağlımıza gəlməzdi. Dəfn mərasimində 20 Yanvar qaziləri, döyüş yoldaşları, həmkarları  və s. iştirak etmişdirlər.
Onun oğlu Gənc şərqşünas-alim, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, həmçinin də Bakı Avrasiya Universitetinində bizə ixtisas ölkəsinin tarix fənnindən doğru mənbələrlə tarixi aşılayan Sübhan Talıblı hər zaman tədris etdiyi dərs müddətində dərsdən əlavə vaxt ayıraraq Ələkbər Talıbov haqqında dərin məlumatlar verir, onun göstərdiyi qəhrəmanlıqlar barəsində böyük fəxr, qürur hissi ilə aşılayır.
Allah Hacı Əliəkbər Talıblının timsalında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qazilərimizə rəhmət etsin.
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Hamısı