AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq | Eurasia Diary - ednews.net

20 Sentyabr,


AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

Cəmiyyət A- A A+

Avropa İttifaqının (Aİ) Erasmus+ proqramı çərçivəsində növbəti müsabiqənin qalibləri məlum olub. Nəticələrə əsasən, 2021-24-cü illərdə icra ediləcək altı layihənin ikisində Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi iştirak edəcək.  Beləliklə, AzTU 2021-ci ildən 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq.

Birinci layihə “Azərbaycanda Rektorlar Şurasının yaradılması” - ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali məktəblərin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. Layihədə Avropadan ümumilikdə 5 təşkilat iştirak edəcək. Azərbaycan isə AzTU da daxil olmaqla 15 ali məktəblə təmsil olunacaq. Layihənin koordinatoru Bakı Biznes Universitetidr.  

AzTU-nun iştirak edəcəyi digər Erasmus+ KA2 isə “Səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı" - LMQS layihəsidir. Yunanıstanın Qərbi Attika Universitetinin koordinatorluğu ilə reallaşacaq layihədə Azərbaycan AzTU, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı , Milli Onkologiya Mərkəzi və Naxçıvan Dövlət Universiteti ilə təmsil olunur. Layihədə Rusiyanın 5, Qazaxıstanın 7 universiteti və Səhiyyə Nazirliyi də iştirak edir.

 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...