Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov koronavirusdan vəfat edib.
EDNews.net xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəsmi “Facebook” hesabında məlumat yerləşdirilib.
Qeyd edilib ki, 70 yaşlı X.Qurbanov eyni zamanda Akademiyanın “İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri olub.
X.Qurbanov SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.