Xocalı soyqırımı: Bəşəriyyətin ən qanlı faciəsi

Cəmiyyət 14:16 09.08.2020
AMEA – Z.M. Bünyadov Şərqşünaslıq İnstitutunun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent 
Sübhan Talıblı
AMEA – Z.M. Bünyadov adına Şərqşünaslıq 
İnstitutunun elmi işçisi Elnur Mustafayev
 
 
Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olmuşdur. 1918-ci ildə regional güclərin dəstəyi ildə tarixi Azərbaycan torplarında yaradılan Ermənistan 1905, 1918, 1920, 1988-ci illərdən dəfələrlə türk-müsəlman xalqlarına qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata kemirmiş, Azərbaycan torpaqlarında regional güclərin əli məskunkaşdırma siyasəti həyata keçirmişdr. 
Keçən əsr, səksəninci illərin ikinci yarısından etibarən ermənilər yaranmış fürsətdən istifadə edərək “Böyük Ermənistan” xülyasını həyata keçirmək məqsədi ilə Azərbaycanın tarixi torpaqlarına, xüsusilə Qarabağ və ətraf məntəqələrə torpaq iddiaları sürməyə başladılar. Qeyd etmək lazımdır ki, Ermənistanın təbliğatları və təhriki ilə xaricdə yaşayan ermənilər Qarabağ ətrafında torpaq iddiaları edirdilər. Keçən əsrin 90-cı illərindən başlayaraq ermənilərin Qarabağ ətrafında irəli sürdüyü torpaq iddiaları ilə bağlı problem daha da gücləndi. Həmin ilin iyul və dekabr ayları arasında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı kəndi və Əskaran şəhərinin bir neçə kəndinə etdiyi hücumlar nəticəsində 12 nəfər dünyasını dəyişmiş, 15 nəfər isə yaralanmışdır. Sentyabr ayında isə Şuşa və Cəmilli, Ağdam və Xocavənd rayonları arasında fəaliyyət göstərən sərnişin maşınının ağır silahlarla hədəfə alınması nəticəsində 17 dinc sakin vəfat etmiş, 90 nəfər isə yaralanmışdır. 1991-ci ilin noyabr ayında isə ermənilər Qarabağ ərazisində yerləşən otuzdan çox yaşayış məntəqəsini yandıraraq dağıtmış və talan etmişdir. 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri  tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə  Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırım etmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Faciədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər əsir isə götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.  
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması nəticəsində  41 nəfərin faciəli surətdə həlak olmasından sonra bu əlaqə tamamilə kəsilmiş, yanvarın 2-dən isə şəhərə elektrik enerjisi verilmirdi. 
Xocalıya hücumun iştirakçılarının ermənilərin “Artsaxın Milli Azadlıq Ordusu (AMAO)” və ermənilərin “qondarma Dağlıq Qarabağ Respublikası”nın Ali Sovetinin plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe olan ərazi komandanlıqlarının tabeliyində olan dəstələrdən (bölüklərdən) ibarət olması qeyd olunur.  
Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. O, erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Allahverdi Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin  Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu. 
Bağırovun döyüşçüləri həmin gün 85 şəhidin çıxarılmasında iştirak etmişdilər, sonradan Milli Qəhrəman adı alan Əlif Hacıyev və Aqil Quliyevin meyitləri də onların arasında idi. Həmin meyitləri artıq axşam Ağdam yaxınlığında iki yük maşınından boşaldan zaman orada olan Röytersin foto müxbiri Frederika Langen də çəkmişdi.. F.Langen özünün "The New York Times" qəzetinə verdiyi müsahibəsində gördüklərini bu cür təsvir edirdi: Birinci yük maşınında mən 35 cəsəd saydım, və göründüyü kimi ikincisində də təxminən o qədər var idi. Bəzilərinin başı kəsilmiş, çoxusu yandırılmış halda idi. Onların hamısı kişi idi və bəzilərinin əynində hərbi rəngdə forma var idi.
Ümumilikdə, Bağırovun döyüşçüləri Kətük, Naxçıvanik, Əsgəran və Xocalıdan 180-ə yaxın cəsəd toplayıb Ağdam məscidinə gətirdilər. Xeyli cəsəd tanınmaz hala düşmüşdü.. Martın 2-si Çingiz Mustafayev bir qrup xarici jurnalistlər ilə hadisə yerinə çatanda isə cəsədlərin çoxusu daha da eybəcər hala salınmışdı. Mustafayevin "İzvestiya" qəzetinə dediklərinə görə, onları bir neçə gün eybəcər hala salırmışlar. "Qara bağ" kitabının müəllifi Tomas de Vaalın fikrincə, faciə nəticəsində 485 insan (donma nəticəsində həlak olmuşlar da daxil olmaqla) həlak olmuşdu.
Ümumiyyətlə, bəşəriyyətin bu qanlı faciəsindən sonra Xocalı rayonundan olan 14577 nəfər məcburi köçkün Azərbaycanın 52 müxtəliş şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdır. 
Xocalı döyüşündə iştirak etmiş Azərbaycanın Milli Qəhrəmanları
 
Ələsgər Novruzov
Əlif Hacıyev
Allahverdi Bağırov
Tofiq Hüseynov
Aqil Quliyev
İnqilab İsmayılov
Füzuli Rüstəmov
 
Xüsisilə ermənilər özləri Xocalıda törətdikləri qətlimalar və vəhşiliklər haqqında demişlər. Zori Balayan öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin sözlərinə əsasən şəhər “strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur”. Müəllif “Arabo” və “Aramo” adlı iki erməni dəstəsinin silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarcasına öldürdüklərini təfərrüatlı təsvir edir. Belə ki, onun sözlərinə əsasən şəhərin bəzi sakinləri “[erməni] əsgərləri onları təqib edənədək” təxminən altı mil məsafə qət etdikdən sonra demək olar ki təhlükəni arxada qoymuşlar. Ardınca bildirir ki, “əsgərlər uzun müddət ombalarında gəzdirdikləri bıçaqlarını çıxardı və [onları] bıçaqlamağa başladılar”. 
Digər erməni yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin  Azərbaycanlıların başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim. Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi.  
Erməni yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.
Xocalı hadisələri bağlı jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına Ermənistanının prezidenti  Serj Sarkisyanın demişdir: Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Və budur baş verənlər. ..Mən heç bir təəssüf keçirmirəm...hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir. 
Qeyd edək ki, Ermənistanda Xocalıda soyqırımı törətməsi faktını azsaylı ermənilərdən hüquq müdafiəçisi Mikael Danielyanı və jurnalist Vahe Avetyanı  tanımışlar. 
Xocalı faciəsi Türkiyə ictimaiyyətinə çatdırılması ilk dəfə olaraq, erməni silahlılarının törətdiyi qırğın barədə fotolarla birgə Rəhbər Bəşiroğlu "Milliyyət" qəzetində, ABŞ-ın "Washington Post", "The New York Times", "Boston Globe", "Wall Street Journal", "Sunday Times", "Chicago Tribune" qəzetləri, "Associated Press" və "Time" informasiya agentliklərində, Böyük Britaniyada,  Reuters  agentliyi, "The Times" qəzeti, "Sunday Times" qəzeti, "The Guardian" qəzeti,  BBC kanalında,  1992-ci il 14 martında Fransa  mediasında özünəməxsus yeri olan “Le Monde” qəzetində, Rusiyanın "Komsomolskaya pravda", "Trud", "Pravda" qəzetləri və Moskvanın  "Pasport" jurnalında, İrlandiyanın "The Irish Times",  Avstraliyanın "The Age" qəzetlərində, və xarici ölkələrin KİC-lərində Xocalıda törədilmiş soyqırım haqqında məqalələr yazılmışdır. 
1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti  Heydər Əliyevin  təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu. Heydər Əliyevin 25 fevral 1997-ci il verdiyi N 498 qərar nəticəsində, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. H. Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi: Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir. 
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımı haqqında qeyd etmişdir ki: Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. 
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi  Pakistan  və Sudan tanımışdır.  20 noyabr 2012-ci il tarixində Cibutidə  keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir. 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edilmişdir. 
Faciəni parlament səviyyəsində qətliam kimi Meksika 2 fevral 2012-ci ildə, Kolumbiya 2012-ci il 24 apreldə,  Çexiya 2013-cü ilin 19 fevralda, Bosniya və Herseqovina 2013-cü il 26 fevralda,  Panama 2013-cü il 7 avqustda,  Peru 2013-cü il 14 iyunda,   Honduras 2014-cü il 17 yanvarda, 2016-cı ildə İordaniya, 2017-ci ildə Cibuti Respublikası, Şotlandiya 2017-ci il 22 fevral tarixlərində tanımış, eləcə də ABŞ-ın 22 ştatı Xocalı ilə bağlı sənəd qəbul etmişdir.   
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı "Ana harayı" abidəsinə ümumxalq yürüşü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. 
26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyinin önündən başlayan və Taksim meydanına doğru davam edən, təxminən 200.000 iştirakçı saatlarla davam edən aksiyalarda "Hamımız Xocalılıyıq" (türk. Hepimiz Hocalılıyız, ing. We are all from Khojaly) şüarları səsləndirilmiş, 2012-ci ildə Azərbaycan Amerika Alyansının Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya nəticəsində, Nyu York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”-da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilmiş,  avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılmış, Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, “Capitol Hill”-ə gedən avtobuslarda posterlər yerləşdirilmişdir.
2019-ci il fevralın 23-də dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatla¬rı Brüsselin Lüksem¬burq meydanında "Xocalıya ədalət", "Dilqəm və Şahbaza azadlıq" və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçirib.2019-cu il fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı "Ana harayı" abidəsinə ümumxalq yürüşündə 55 min insan iştirak etmişdir.
2003-cü il 15 fevralda Xocalı qaçqınlarının BMT,  Avropa Şurası , Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu.  Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən etmişdir.
Ermənilərin soyqırım və kütləvi insan qırğını kimi dəhşətli cinayətləri əhatə edən işğalçılıq siyasəti hal-hazırda davam etməkdədir. 1988-1993 – cü illər ərzində ermənilərin hərbi düşmənçiliyi nəticəsində 20 min insanın ölməsinə, 100 min insanın yaralanmasına, 50 mindən çox insanın müxtəlif dərəcələrdə bədən xəsarəti almaqla əlil olmasına, habelə bir milyondan çox azərbaycanlının öz dədə-baba yurdlarından didərgin düşməsinə səbəb olmuşdur. Həmçinin, ermənilər dövlət səviyyəsində terror və soyqırım siyasəti yürütməklə müxtəlif yaşayış sahələrində, nəqliyyat vasitələri, metro, təyyarə, qatar və s. hədəf alaraq 373 terror aktı həyata keçirmişdir. Ermənilərin həyata keçirdiyi terror hücumları nəticəsində 1200 nəfər ölmüş və 1700 nəfər isə yaralanmışdır. Hal-hazırda Azərbaycan ərazilərinin 20 faizi erməni işğalı altındadır. Erməni işğalı 900 yaşayış məntəqəsinin, 22 muzeyin, qədim sənətkarlıq əsərlərinin nümayiş etdirildiyi 4 sərgi salonunun, tarixi əhəmiyyət kəsb edən 9 xan sarayının, füsunkar memarlıq üslubuna malik 9 məscid daxil olmaqla 44 dini abidənin, 4 milyon kitab və qədim əlyazmaları əhatə edən 927 kitabxananın məhv edilməsinə səbəb olmuşdur. Ümumilikdə, Azərbaycan iqtisadiyyatı 320 milyard dollar həcmində böyük zərərlə üzləşmişdir. 
 

 

Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
“Azərbaycan Qarabağdakı yenidənqurma işləri ilə dünyaya nümunə olacaq” – Məhəmməd Yunus
17:00 18.03.2024
Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI
16:56 18.03.2024
Şəhid ailələri və müharibə əlillərinə bu il daha 1500 mənzil və fərdi ev veriləcək
16:50 18.03.2024
Hamısı