Diasporla İş üzrə DK-nın binasında biodezinfeksiya keçidi quraşdırılıb | Eurasia Diary - ednews.net

26 Sentyabr, Şənbə


Diasporla İş üzrə DK-nın binasında biodezinfeksiya keçidi quraşdırılıb

Cəmiyyət A- A A+
Artıq bir neçə gündür ki, Diasporla İş üzrə Dövlət Komitəsi binasının giriş qapısında biodezinfeksiya keçidi quraşdırılıb. Məqsəd COVİD 19  pandemiyasının davam etdiyi bir şəraitdə insanların sağlamlığını daha effektiv qorumaqdır. Binaya daxil olan hər kəs keçiddən keçərkən temperaturu müəyyən olunur və  mikrodamçı ilə dezinfeksiya edilir.
Bu proses  keçiddən keçən insanların öz üzərində virus daşıma ehtimalını minimuma endirir.
Mütəxəssislər bildirir ki, dezinfeksiya məhsulu sağlamlıq üçün zərərsizdir.
Qeyd edək ki, pandemiya başlayandan bu günə qədər Komitənin binası mütəmadi olaraq dezinfeksiya olunur, işə gələn əməkdaşlar maska taxılması, temperaturun ölçülməsi və  sosial məsafənin saxlanması qaydalarına ciddi əməl edirlər.
 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...