"Hər kəs öz sahəsində azərbaycançılıq ideyasını təbliğ etməlidir"

Cəmiyyət 13:03 12.08.2020
Xaricdəki bir çox idmançılarımız da öz qazandıqları uğurlarla Azərbaycanı tanıdır və azərbaycançılığı təbliğ edirlər. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmalarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.
 
Layihə çərçivəsində Özbəkistanda və Azərbaycanda tanınmış güləşçi, 3 qat dünya çempionu, diaspor sahəsində də aktiv fəaliyyət göstərən Mais İbadovun KANAL 5-ə fikirlərini təqdim edirik. 
Xatırladaq ki, Mais İbadov 1974-cü ildə Lənkəran rayonunun Separadi kəndində dünyaya gəlib. 1987-1992-ci illərdə Bakı şəhərində Ümumtəhsil İdman İnternatında təhsil alıb. Təhsil aldığı dövrdə sərbəst güləş idman növü üzrə müxtəlif yarışlarda iştirak edib və bəzilərində yüksək nəticə əldə edərək uğur qazanıb. SSRİ-nin idman ustası olub. Güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır. 1994-cü ildən Özbəkistanda yaşayır. Professional səviyyəli yarışlarda Özbəkistan Respublikasının şərəfini qoruyub. Özbəkistan, Asiya və dünya çempionu olub (2012, 2013-cü illərdə). 2001-2004-cü illərdə Özbəkistanın Polis Akademiyasında təhsil alıb. Hazırda veteranlardan ibarət yığma komandada iştirak edir. İdmanla yanaşı, diaspor sahəsində də aktiv fəaliyyət göstərir.
Azərbaycanı xaricdə tanıtmağı özünə milli vəzifə bilən Mais İbadov deyib ki, bu, onun azərbaycançılıq işidir: "Mən saysız idman yarışlarında iştirak etmişəm. Hər dəfə qalibiyyət kürsüsünə çıxan zaman Azərbaycanın adı çəkiləndə qürur hiss keçirirəm. Düşünürəm ki, azərbaycançılıq bizim milli mənliyimizdir. Azərbaycana və azərbaycançılığa bağlılıq fərdi məsələdir. Hər kəs öz sahəsində azərbaycançılıq ideyasını təbliğ etməlidir. Biz də hər bir uğurumuz, qələbəmizlə Azərbaycanın adını uca etmək və azərbaycançılığı yaşatmaq üçün çalışırıq. Ulu öndər Heydər Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdi ki, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Fikrimcə, hər birimiz ulu öndərin tapşırıq və tövsiyələrini əsas tutaraq azərbaycançılıq ideyası uğurunda birləşməli və fəaliyyət göstərməliyik. Sevindirici haldır ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətlərində azərbaycançılıq nümunələrini də görürük. Bu da bizlər üçün bir örnəkdir".
Mais İbadov bildirib ki, Özbəkistan dövləti tərəfindən azərbaycanlılar üçün hər cür şərait yaradılıb: "Özbək və Azərbaycan xalqlarının dostluğu əbədidir. Biz Özbəkistan dövlətindən və xalqından çox razıyıq. Yəni bizə burada hər bir şərait var. Belə bir şəraitdə çalışıb Azərbaycanın adını uca etmək lazımdır. Bunun üçün öncə azərbaycançılığı qorumalıyıq. Azərbaycanlıların Özbəkistanda bir araya gəlməsində azərbaycançılıq ideyası vacib amildir".
Mais İbadov deyib ki, Özbəkistanda müxtəlif sahələrdə çalışan gənclərimiz çoxdur: "Xüsusən gənclərimiz öz talantları ilə seçilirlər. Özbəkistanda potensial gənclərimiz var. Hətta burada olimpiya çempionu olacaq gənclərimiz var. Onlardan biri elə mənim müəllimim Mehdi Hüseynovun oğlu Əmrah Hüseynzadədir. O, 14 yaşı olmasına baxmayaraq, 20-dən çox medal qazanıb. 
Onu da deyim ki, səfirlik tərəfindən gənclərə bütün lazımi köməklik göstərilir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də gənclərimizin, ümumiyyətlə soydaşlarımızın həmrəyliyində və təşkilatlanmasında əhəmiyyətli rol oynayır. Burada həmvətənlərimizə azərbaycancılığın təbliği ilə də bağlı müxtəlif tədbirlər keçirilir".
 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı