“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib - FOTO | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib - FOTO

Cəmiyyət A- A A+

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana hərbi təcavüzü və erməni təxribatı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda onlayn forum keçirilib. 

Forumda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış ediblər. 

Gənclər Fondunun rəsmi "facebook" səhifəsi vasitəsilə canlı yayımlanan görüşdə iştirak edən rəsmilər gənclərin şərhlərə yazdıqları sualları cavablayaraq, Azərbaycan həqiqətlərinin gənclər tərəfindən dünyaya çatdırılmasındakı mühüm rolu, gənclərin bu sahədə fəaliyyətlərini düzgün qurmalarının əhəmiyyəti və dünyanın hər yerində yaşayan gənclərimizin şəbəkələşərək vahid amal uğrunda birləşmələrinin vacibliyinə toxunublar.

Eyni zamanda, rəsmilər öz çıxışlarında xaricdə yaşayan soydaşlarımızın Azərbaycan ordusuna dəstək məqsədilə keçirdikləri aksiyaların əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, müasir gəncliyimizin vətənpərvərlik anlayışının geniş olmasını, aldıqları təhsil və fərdi inkişaf vasitəsilə vətənə xeyir verməyə çalışdıqlarını təqdirəlayiq hal kimi dəyərləndiriblər.

 
 
 
 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...