Millət vəkili Daşbaşı əməliyyatından yazdı | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


Millət vəkili Daşbaşı əməliyyatından yazdı

Cəmiyyət A- A A+
15 AVQUST 1993-CÜ İL DAŞBAŞI ƏMƏLİYYATINDAN 27 İL ÖTDÜ.
 
Daşbaşı mövqeyi irəlidə döyüşən əsgərlərimizə artilleriya dəstəyi vermək və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərimizin hava telefonu ilə verdikləri koordinatlar əsasında açdıqları yayılım atəşlərlə düşmən mövqelərinə sarsıdıcı zərbələr endirmək və havada uçan düşmən obyektlərini vurub salmaq idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol nahiyəsində ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan “Armudluq” postunda topçular, sağ nahiyəsində isə kənd məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış “Qəbirstanlıq”postunda isə zenitçilər mövqedə durmuşdular.
Ümumilikdə Daşbaşı mövqeyinin özünü müdafiə etmək üçün isə sol tərəfdəki dərənin o biri tayında yerləşən Mülkədərə yüksəkliyində beş nəfərdən ibarət əlavə bir artilleriya mühafizə postu yaradılmışdı. Hər iki postda 28 nəfər gənc döyüşçü dayanmışdı. Daşbaşı postu Cəbrayıl üçün ən vacib postlardan biri idi.  Həmin postun önəmli olduğunu mənfur ermənilər  bilirdilər. Məhz elə ona görə  avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirirərək orada növbə çəkən 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların meyitlərini tanınmaz hala salmışdır.
Bu faciə zamanı həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb bu nakam şəhidlərin məzarlarına qoyuldu.
Daşbaşı əməliyyatı Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi xatırlanir. Bu hadisə zamanı həlak olmuş qəhrəman övladlarımızı rəhmətlə anırıq. Biz əminik ki, bir gün o torpaqlara qayıdacağıq.
Ceyhun Məmmədov,
 
Milli Məclisin deputatı

yenigundem.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...