Daxili İşlər Nazirliyi (DİN) gənc yazar Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, K.Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər:
“Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb.
***
Yazıçı Kəramət Böyükçöl polis tərəfindən saxlanılıb.
EDNews.net xəbər verir ki, yazıçının yaşadığı ünvana gələn polis əməkdaşları onunla bağlı qonşuların şikayət etdiyini bildiriblər.
Bundan sonra o, saxlanılaraq müvafiq polis şöbəsinə aparılıb.