Qənirə Paşayeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla görüşüb

Cəmiyyət 10:32 20.08.2020

Millət vəkili Qənirə Paşayeva Mədəniyyət nazirinin birinci müavini və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri ilə Tovuzda bu sahələrdə yaşanan bir sıra problemlərlə bağlı müzakirələr aparıb.

Millət vəkili Qənirə Paşayeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla görüşüb:

"Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla görüşdüm və geniş müzakirələrimiz oldu. Mədəniyyət sahəsində öz həllini gözləyən bir sıra vacib problemlər, Mədəniyyət komitəsinin iş planında və müzakirəsində olan bir sıra vacib qanun layihələri, bölgələrimizdəki bir sıra tarixi-mədəni abidələrimiz, kino və teatr sahəsindəki vəziyyət, sənət adamlarının müəllif hüquqları ilə bağlı ortaya çıxan problemlər və bir çox məsələlər ətrafında çox geniş, faydalı müzakirələr oldu. Eyni zamanda millət vəkili seçildiyim Tovuz rayonunda bir neçə ay əvvəl tikilərək istifadəyə verilmiş Aşıq Hüseyn Bozalqanlı adına Aşıq muzeyi, Tarix-Diyarşünaslıq muzeyi, Dövlət Rəmzləri muzeylərinin hələ də elektrik enerjisi ilə təmin olunmaması, problemin nazirliklə bu məsələyə cavabdeh qurumlar arasında ciddi müzakirə olunması və həllini tapmasının vacibliyi, həmin muzeylərdə kadr çatışmazlığı problemlərini Anar müəllimin diqqətinə çatdıraraq qısa zamanda bu məsələlərə diqqət göstərməsini xahiş etdim. Hörmətli Anar müəllimə çox təşəkkür edirəm ki, istər mədəniyyət sahəsi ilə bağlı, istərsə də Tovuzla bağlı qaldırdığım məsələləri diqqətlə dinlədi və ciddi addımlar atılacağını bildirdi. Mədəniyyətimizin qorunması, onun inkişafı dövlətimizin, cənab Prezidentimizin siyasətində, birinci vitse Prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyətində ən vacib məsələlərdən biridir. İnanırıq ki, Mədəniyyət nazirliyində başlayan islahatlar sürətlə davam edəcək, bu sahədə həllini gözləyən problemlərin həlli istiqamətində önəmli işlər görüləcək və bu sahənin inkişafında, mədəniyyətimizin dünyada təbliğinin genişləndirilməsində daha böyük uğurlara nail olunacaq. Anar müəllimi Mədəniyyət nazirinin birinci müavini təyin olunması münasibətilə təbrik etdik, ona uğurlar dilədik və Milli Məclisin Mədəniyyət komitəsi olaraq mədəniyyət sahəsinin inkişafı ilə bağlı bütün məsələlərdə hər zaman dəstək olacağımızı bildirdim." Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə də görüşüb: “Millət vəkili seçildiyim Tovuz rayonunda rabitə, internetlə təminat və nəqliyyat sahəsində yaşanan bəzi problemlərlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdük və geniş fikir mübadiləsi apardıq. COVİD-19 pandemiyası dövründə online təhsilə keçmək məcburiyyətində qalan müəllim və şagirdlərimizin kəndlərimizdə internet təminatı ilə bağlı üzləşdiyi problemlərlə bağlı da müzakirələr aparıldı. Hörmətli Ramin müəllimə çox təşəkkür edirəm ki, Tovuz rayon sakinlərimizin qaldırdığı bir sıra problemlərlə bağlı müraciətlərimizi diqqətlə və həssaslıqla dinlədi, həlli istiqamətində daha sürətli addımların atılacağını bildirdi. Ramin müəllim son dövrlərdə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində görülən işlər, əldə edilən uğurlar barədə də məlumatlar verdi. O bildirdi ki, bölgələrimizdə də rabitə və nəqliyyat sahəsində, eyni zamanda internetlə təminat imkanlarının kənd rayonlarında daha da genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrin sayı çoxalacaq.”

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı