“Qara siyahı”ya düşənlər “Boz kardinal”ın təhdidləri qarşısında susmadı

Cəmiyyət 10:38 26.08.2020

Qalmaqallı toy hadisəsindən sonra prezident aparatının keçmiş rəhbəri və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev haqqında müzakirələr intensivləşib. Əsas maraq doğuran cəhət isə bu müzakirələrin qınaq xarakterli olmasıdır. Toy iştirakçıları Ramiz Mehdiyevin onları aldatdığını deyərək Mehdiyevə zərbə vurublar. Siyavuş Novruzov və Abel Məhərrəmov bu cərgədə olan məlum toyun dəvətlilərindəndir.

Ramiz Mehdiyev isə baş vermiş hadisələri kənardan sakitcə izləyən xarakterə malik olmayan və böyük siyasi təcrübəsi olan insandır. Qeyd edək ki, Ramiz Mehdiyev dövlət idarəçiliyində xüsusi vəzifəni yetirərək el arasında “Boz kardinal” ləqəbini də alıb. Onun reaksiyası özünü çox gözlətmədi. Mehdiyev adlar çəkərək konkret hədəfləri nişan alıb. Keçmiş Boz kardinal ünvanına səslənən “Rusiyanın adamı” və ya “5-ci kolon”un rəhbəri kimi ittihamları rədd etməkdən başlayıb.

Ramiz Mehdiyev ilk öncə onun dövlətə necə səmərəli xidmət etdiyini əsaslandıraraq keçən il “Heydər Əliyev” ordeninə layiq görüldüyünü xatırladıb. Mehdiyev İlham Əliyevin onun haqqında dediyi ən önəmli sözlərdən birini də qeyd edib: “Həmçinin İlham Əliyev xatırlatdı ki, Heydər Əliyev Moskvada yüksək vəzifədən uzaqlaşdırılarkən bir çoxları ona xəyanət etdiyi halda, məhz Ramiz Mehdiyev ulu öndərə sonadək sadiq qalmış azsaylı şəxslərdən biri kimi hörmətə layiqdir. Şəxsən mənim üçün ölkə başçısının verdiyi bu qiymətdən daha yüksəkdə dayanan heç bir rəy və fikir ola bilməz”.

Boz kardinal şəxsinə “iftira” atanların kimə xidmət etdiyini və bu cəsarəti haradan aldıqlarını da sorğulayıb. Eyni zamanda, o, böhtançıların adını çəkərək onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən hüquq qarşısında cavab verməli olduqlarını bəyan edib.

“Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm”.

Təbii ki, qarşı cəbhə də Mehdiyevin bu sözləri qarşısında ağzına su alıb oturmaq fikri yoxdur. Əks-hücum ilə onlar da öz növbəsində Mehdiyevin bu iddialarını darmadağın etməyə çalışıblar.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Mehdiyevin onun əleyhinə Müsavat qəzetində yazdığı məqalələrindən narahat olduğunu bildirib. Politoloq Mehdiyevə bir sıra suallar da ünvanlayıb:

“Cənab Mehdiyev, Ermənistana tonlarla hərbi texnika daşıyan Rusiya ilə strateji münasibətlər haqqında neçə-neçə yazınızı oxumuşam. Azərbaycanda siyasi islahatları tormozlayan fiqur olmusuz. İrəli sürdüyünüz kadrların rayonlarda hansı oyunlardan çıxdığı göz qabağındadır, icra başçılarının rüşvətlərini yığıb-yığışdırmaq olmur. Yeri gəlmişkən, məmur maaşı ilə Novxanıda lüks villaları hansı pulla alınması da maraqlıdır”.

Siyasi ekspert və əməkdar jurnalist Elçin Mirzəbəyli də öz fikirlərini əsirgəməyib. O, Mehdiyevi Azərbaycan dövlətinin idarəçilik sistemində bütün müsbət yenilikləri, tərəqqini, yaradıcı təşəbbüskarlığı udan “qara dəlik” rolunu oynadığını söyləyib. Siyasi ekspert Mehdiyevin bu təhdidlərini onun özü haqda yaratdığı mifin dağılmasına dözümsüzlük nümayişi kimi qiymətləndirib.

“Mən onsuz da 20 ildən çoxdur ki, onun “qara siyahı”sındayam. Məni boş verin... Azərbaycan xalqına məxsus nə varsa – dilimiz, milli mədəniyyətimiz, dünyagörüşümüz, dövlətçiliyimizin ideoloji əsaslarını təşkil edən və özünü üçrəngli müqəddəs bayrağımızda ifadə edən dəyərlərimiz də Mehdiyevin “qara siyahı”sındadır”, Mirzəbəyli söyləyib.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Cebhe.info xəbər saytına Mehdiyevin bəyənatına öz fikirlərini bildirib. O, Mehdiyevin etdiyi hərəkətinin fərqində olmadığına görə təəsüfləndiyini deyib. Fəzail Ağamalı təhdidlərdən çəkinmədiyini özünü ifadə etdiyi fikirlərində açıqlayıb:

“Çoxsaylı millət vəkillərinin, jurnalistlərin, müstəqil insanların hər birini məhkəməyə verməklə, onların üzərinə getməklə özünü bir daha bitib-tükənməyən kin-küdurətini göstərməkdədir. Olsun, versin məhkəməyə. Mən şəxsən məhkəmədə onunla üz-üzə gəlməyə birmənalı şəkildə hazıram”.

Millət vəkili hesab edir ki, bu məhkəmə prosesində Mehdiyevin əməlləri də araşdırılarsa o zaman o, özünü ifşa etmiş olacaq. Bundan əlavə, Ramiz Mehdiyev onu tənqid edənləri məhkəmə ilə hədələməyi əslində bütün xalqa meydan oxumaq mənasına gəldiyini söyləyib.

Mehdiyevin “qara siyahısı”na düşənlərdən biri də  Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. O, Cebhe.info saytına Mehdiyevin bu bəyanatına qarşı fikirlərini səsləndirib.

“Onun Rusiyanın agenti olduğunu Azərbaycanda hamı bilir. Nə şər atırıq ki, ona? Azərbaycan dövlətinin başına oyunlar açıb. Versin də məhkəməyə, lap yaxşı, maraqlı olar”.

Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu Mehdiyevin çarəsiz qaldığını dilə gətirib.

“Bu dəfə onun hədələri iqtidar gücündən deyil, çarəsizlikdən doğur. 26 il bir iqtidarda faktiki ikinci sima olasan və hazırda səni müdafiə edəcək kimsə ortalıqda olmaya. Tək qalasan. Çörək verdiklərin və çörək kəsdiklərin sənə qarşı çıxa, bir çırpıda səni satalar (Siyavuş Novruzov, Abel Məhərrəmov)... Ağır dərddir”

Azərbaycanın Baş Nazirinin sabiq müavini Abid Şərifov bildirir ki, Mehdiyev dövlətə meydan oxuyursa bunun cavabını da almalıdır.

"Əgər Ramiz Mehdiyev dövlətə meydan oxuyursa, qoy müvafiq qurumlar lazımı addımlar atsın. Bunun üçün Azərbaycan hökumətinin müvafiq qurumları və şəxsləri, o cümlədən Prezident Administrasiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi var. Hesab edirəm ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevlə bağlı qanun çərçivəsində öz sözlərini deməlidirlər".

Təbii ki, bu hadisələr son deyil, Ramiz Mehdiyev əlində olan son kartları da oynamaqdan vaz keçənə bənzəmir. Lakin nəticədə nə baş verəcəyini qabaqcadan ehtimal etməyə isə tələsməyək. Hazırda isə şahmatda oyun növbəsi yenə də Mehdiyevdədir.

Ülvi Əhmədli

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı