Operativ Qərargah brifinq keçirib

Cəmiyyət 13:14 29.08.2020

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib. Brifinqdə TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov və Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

Eurasia Diary-nin məlumatına görə, Prezidentin köməkçisi təhsil ili və tədris prosesi də daxil olmaqla sual doğuran bir çox məsələlərə aydınlıq gətirib.

“Məktəblərin açılması ilə əlaqədar avtobusların sayı yenə artırılacaq: “Dərslərin də müxtəlif günlərdə keçirilməsi nəzərdə tutulur. Eyni zamanda valideynlərə də bu sahədə müəyyən hüquqlar verilir”, deyə o qeyd edib.

H. Hacıyev metronun açılması və rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətin aradan qaldırılması kimi cəmiyyəti narahat edən məsələlərə toxunub.

“Metro ilə əlaqədar ekspertlər müxtəlif potensial risk amillərinin olduğunu bildirib. Metroda ventilyasiya və dar, qapalı məkan olması müəyyən qədər ehtiyatlı davranmağa əsas verir. Sentyabrın 15-nə qədər bu məsələlərə yenidən baxılacaq. Rayonlararası gediş-gəliş məsələsi də Operativ Qərargahda müzakirə olunacaq”.

O qeyd edib ki, dövlət orqanlarında ştat cədvəlinin 50 faizi səviyyəsində iş davam etdiriləcək.

H. Hacıyev bildirib ki, ölkə miqyasında toy və yasların keçirilməsi ilə bağlı qadağalar isə hələ qüvvədədir. 

“Epidemioloji vəziyyət nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri barədə məsələ də müzakirə olunaraq, bu barədə müvafiq qərarlar veriləcək.

H. Hacıyev koronovirus peyvəndinin ölkəyə gətirilməsi barədə deyib ki, peyvəndin hazırlandığı xarici ölkələrlə əlaqə saxlanılır.

“Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi də gündəmdə saxlanılacaq. Dünya səviyyəsində qəbul edilmiş, sertifikasiya edilmiş və kənar təsirləri olmayan peyvəndlər vacib şərtdir”.

Sərhədlərin açılması məsələsi ilə bağlı danışarkən H. Hacıyev Rusiyanın quru sərhədindən vətəndaşların gətirilməsinin davam etdiyini bildirib.

“Qazaxıstan və Orta Asiyanın digər ölkələrindən testlərdən sonra vətəndaşların bərə və hava nəqliyyatı ilə gətirilməsi həyata keçirilir. İstanbuldan da koronavirus testi əsasında vətəndaşların gətirilməsi təmin olunur. Biz yenə də vətəndaşlarımızı zərurət olmadığı şəraitdə xarici səfərlərdən çəkinməyə çağırırıq. Çünki dünyada koronavrusla bağlı risklər göz önündədir”.

Nəticə etibarilə beynəlxalq yükdaşımalar xaric, həmçinin Azərbaycan vətəndaşlarının təxliyə edilməsi, yaxud da xüsusi ehtiyacı olan, Azərbaycan vətəndaşları ilə müəyyən qohumluq əlaqələri olan və ya hansısa xüsusi bir sahədə çalışan xarici ölkə vətəndaşları istisna olmaqla, Azərbaycanın quru sərhədləri qapalı olmaqda davam edəcək”. 

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov qeyd edib ki, dövlət səviyyəsində mövsümi qrip vaksinlərinin alınması ilə bağlı iş gedir.

“Yaxın 1-2 ay ərzində ölkəyə mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək. Çünki qriplə bərabər koronavirusa yoluxma daha çox ağırlaşmalara gətirib çıxara bilər. Bizə lazım olan budur ki, hazırda əhalinin neçə faizi bu xəstəliyi keçirib. Bilsək ki, 50-60 faiz əhali bu xəstəliyi keçirib, çox güclü yumşalmalara da gedə bilərik. Onda bilərik ki, insanların 2/3 hissəsi immunitet qazanıb, onlarda anticisimlər var, onda karantin rejimini də çox sərtləşdirməyə ehtiyac yoxdur".     

A. Qurbanov deyib ki, ali məktəblərdə mühazirələr birmənalı onlayn olacaq. Praktik məşğələlərdə isə fərqli yanaşma, həm onlayn, həm də adi qaydada ola bilər. 

“Aşağı siniflər ənənəvi qaydada tədrisi davam etdirsə də, yuxarı siniflərdə onlayn dərslər üstünlük təşkil edəcək”, deyə Komitə sədri bildirib.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Hamısı