Payız qapımızı "döyür": "Ən mötəbər vaksin insanın məsuliyyət hissidir”

Cəmiyyət 17:48 08.09.2020
Payız-qış mövsümü xəstəliklərin fəallaşdığı dövrdür. Məhz bu dövrlərdə koronavirus da insan orqanizimi üçün ciddi təhlükədir. 
 
Ən başçlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bəzi vətəndaşların mövcud təhlükəni aydın təsəvvür edə bilməməsi, özünün və ailəsinin sağlamlığına laqeyd münasibətini görürük. Bu, yolverilməz haldır.  
 
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi”nin rəhbəri Təranə Paşayeva bildirib ki, ötən ilin sonlarından başlayaraq COVİD-19 pandemiyası görünməmiş  fəlakət şəklində qısa bir zamanda planetimizi bürüdü. 
Birlik rəhbəri söyləyib ki, qlobal təşviş hər kəsə bəllidir. Təkcə dünyaya uzanan yollar yox, evlərdən həyətlərə açılan qapılar da bağlandı:
 
“Karantin, izolyasiya, evdə qal, sosial məsafə saxla, tibbi maskada gəz, təmaslardan qaç və başqa qadağalar, ekran və efirdən püskürən kütləvi tələfat xəbərləri oldu. Naməlum virusa qarşı heç bir tibbi müdafiə mexanizminin olmaması, tibb elminin yeni bəla qarşısında  aciz qalması istər-istəməz insanların psixologiyasın mənfi təsirini göstərirdi. İnsanların çoxu nə etməli sualının cavabsızlığının, qeyri-müəyyənliyin qorxusunu yaşayır”.  
 
T.Paşayeva qeyd edib ki, pandemiya təkcə həyat nizamını, yaşam tərzini və insan davranışlarını dəyişmədi, həm də şüurlarda köklü fərqliliklər təzahür etdi:
 
“Hər hansı çətin situasiyada əsas məsələ meydana çıxan problemin dərki və qəbul olunmasıdır. Məsələnin mahiyyəti nə qədər tez dəyərləndirilərsə, çıxış və həll yolları da bir o qədər asanlaşar. Bu yerdə düşüncələrin dəyişməsi, hadisəyə yeni gözlə baxılması və qlobal problemin ən sadə insanlar tərəfindən məntiqəuyğun qavranılması günün reallığıdır.
 
Vaksinsiz infeksiyaya qarşı mübarizə ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən əlahiddə tədbirlər, “evdə qal!”,  “güc birlikdədir!” çağırışlarını nəzərə alan vətəndaşların dövlətin ətrafında sıx birləşməsi, insan sağlamlığının müdafiəsi məqsədilə çıxarılan qərarlara çoxluğun əməl etməsi xaotik vəziyyətdən xilas olmağa, xüsusən, reallıqla hesablaşmağa ciddi kömək göstərdi. Bu gün, demək olar hər kəs anlayır  ki, dövlət tərəfindən vaxtında yaradılmış Operativ Qərargahın dünya tibb təcrübəsinə əsasən  müəyyənləşdirdiyi qaydaların icrası pandemiyadan az itkiylə çıxmağın ən optimal yoludur. Evdə qalıb şəxsi gigiyena qaydalarına əməl etməklə təcrid olunmaq isə mübarizə mərhələlərində müstəsna rol oynayıb”.
 
Pandemiya təhlükəsinin hələ aradan qalxmadığını deyən birlik rəhbəri vurğulayıb ki, dünyanın ümumi bəlasına çevrilən bu virusa qarşı qlobal mübarizə tədbirləri görülməkdədir:
 
“Prezident İlham Əliyevin problemlə əlaqədar göstərdiyi qətiyyət və ardıcıllıq həqiqətən də beynəlxalq bir nümunədir. Məhz bütün dövlət qurumlarının pandemiya elan olunan gündən insanlarımızın sağlamlığını qorumaq naminə meydana qoyulan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, ölkəmiz ilk mərhələdə daha az itki ilə vəziyyətdən çıxa bilib”. 
 
T.Paşayeva hazırda həyatımızın ümumi axarına düşməkdə olduğunu diqqətə çatdırıb:
 
“İnsanlar karantin qaydaları ilə yaşamağı öyrənirlər. Amma bu bizdə arxayınlıq yaratmamalıdır. Payız qapılarımızı döyür. Hər kəsə bəllidir ki, fəsil dəyişkənliyi, xüsusən yaydan payıza keçid dönəmində infeksion xəstəliklər artır. Nə qədər ki, amansız və dava-dərmansız koronovirusdan müdafiə mexanizmi, yəni, peyvənd hazır deyil, yol yoldaşımız ikiqat məsuliyyət olmalıdır. İnsanlarımız yenə də sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni qorumaq, maska taxmaq, mövcud qaydalara ciddi əməl etməklə özlərini və çevrələrini qoruya bilərlər”.
 
Birlik rəhbərinin fikrincə, əhalini məlumatlandırmaq üçün davamlı olaraq maarifləndirici məlumatların verilməsi olduqca vacibdir:
 
“Yaxşı haldır ki, pandemiya başlanandan bu günə qədər respublika mətbuatı bu istiqamətdə ciddi iş görür, həm əhaliyə dövlətin apardığı tədbirlər, görülən işlər barədə geniş məlumat verir. Eyni zamanda peşəkarları ekran və efirlərə dəvət edərək maarifləndirici söhbətlərə yer ayırır. Gündəlik qəzetlərimizin də aktual mövzusu bu gün təbii ki, pandemiyadır.
 
Psixoloji mərkəz olaraq biz də ölkəmiz üçün belə məsul dövrdə həm vəzifə, həm də insanlıq borcumuzu layiqincə yerinə yetirməyə çalışırıq.
 
Özəl qurum olaraq vəziyyətə görə ciddi maliyə sıxıntılarının olmasına baxmayaraq, bütün diqqətimizi yenə də insanların psixoloji durumunun sağlamlığına yönəldirik. Çünki bu dönəmdə psixoloji sarsıntılar qaçılmazdır. Demək olar ki, pandemiya başlandığı ilk gündən psixoloji dəstəyə ehtiyacı olanların yanındayıq və bu hər zaman belə olacaq.
 
Vətəndaşlarımıza müraciət edirəm ki, səbrli, təmkinli olsunlar, panikaya qapılmasınlar, vəziyyətin ciddiliyini nəzərə alıb dövlətin qoyduğu qaydalara məsuliyyətlə əməl etsinlər.
 
Atalar yaxşı deyib ki, “güc birlikdədir” və biz bu çətinlikdən də birlikdə çıxacağıq. Çünki  biz insanın həyatını və sağlamlığını bütün dəyərlərdən üstün tutan bir ölkənin vətəndaşlarıyıq”.
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı