Yaxın gələcəkdə ölkəmizdə distant təhsildən böyük effektivlik gözləmək lazım deyil İKT Mərkəzinin direktoru

Cəmiyyət 17:53 09.09.2020

Pandemiya şəraiti ilə bağlı tədris prosesi də müvafiq vəziyyətə uyğunlaşması məsələsi meydana gəlib. Burada isə çıxış yolu tədris prosesinin onlayn və ya distant formada keçirilməsidir. Demək olar ki, bir çox ölkə bu sistemdən istifadə edir.

Azərbaycanda yaranmış vəziyyətlə əlaqədar onlayn təhsil sistemini tətbiq edib. Hal-hazırda olduqca aktual olan bu mövzu ilə bağlı Eurasia Diary Memarlıq və İnşaat Universitetinin İKT mərkəzinin direktoru Sərxan Talıbzadənin fikirlərini alıb.

İlk öncə distant təhsilin effektivliyinə toxunan Talıbzadə onun hansı sahədə tətbiq olunmasının vacibliyini vurğulayıb

“Distant təhsilin effektivliyi onun hansı sahədə tətbiq olunmasından asılıdır və eyni zamanda hansı hədəf kütləsinə hesablanmasından. Çünki müxtəlif ölkələrdə artıq uzun illərdir ki, distant təhsil təcrübəsi var və bunun müsbət və mənfi tərəfləri araşdırılıb və nəticələri ortaya çıxarılıb. Bunu demək yerinə düşərdi ki, dünyanın aparıcı universitetləri distant təhsilin tam məsafədən yox, qarışıq təhsil metodundan istifadəyə üstünlük verirlər”.

Qarışıq metodu izah edən ekspert onun həm onlayn sinxorn həm də asinxron keçirildiyini bildirib.

“Bununla paralel dərslərin bir hissəsi ənənəvi formada keçirilir. Xüsusilə burada nəzəri hissəsi onlayn keçirilir. Digər hissəsində isə müəllimlə üzbəüz müzakirələr edilir və yaxud laboratoriya şəraitində keçirilir və ya layihə üzərində işlənilir”.

Ancaq ölkəmizdə vəziyyətin fərqli olduğuna diqqət cəlb edən Sərxan Talıbzadə bizim indiyədək belə bir təcrübəmizin olmadığını qeyd edib.

“Bizdə belə bir təcrübə yox idi, hətta hüquqi baza da formalaşdırılmamışdır. Bunun üçün də distant təhsil həm bizim ölkə mühitinə, ictimaiyyətimizə, müəllimlərimizə həm də universitetlərimizə yad idi. Bizim universitetlərin pandemiya şəraitində keçdikləri dərslər, distant təhsil sayıla bilməz və onlayn təhsil sayılmalıdır. Çünki burda yalnız dərs prosesinin özü onlayn formada olur”.

O, tədris prosesinin bir hissəsinin onlayn tətbiqinin distant təhsil anlayışına daxil olmadığını söyləyib. Ekspert həm də bu sistemdə effektivliyin ölçülməsinə də nəzər yetirib.

“Effektivliyi ölçmək üçün artıq dünyada mexanizmlər mövcuddur. Lakin dediyim kimi ölkəmizdəki hazırlıq yüksək səviyyədə olmadığından böyük bir effektivlik gözləmək mümkün deyil. Amma əlbəttə ki, pandemiya şəraitini nəzərə almaqla təhsil sistemi və universitetlər tam güclə fəaliyyətə başladılar və dərs keçməməkdənsə təhsili mümkün qədər şəraitə uyğunlaşdırmaq yerində atılmış addım idi”.

Ekspert pandemiya bitsə də, artıq dünyanın fərqli bir mərhələyə keçid etdiyini bildirərək, gələcəkdə bu təhsil sisteminin aktual qalacağını söyləyib.

“Bundan sonra da distant təhsil demək olar ki, aktuallığını qoruyacaq və buna görə də ictimaiyyətin həm də akademik heyətin bu prosesə hazır olması və prosesi nəzərə alıb fəaliyyət göstərməsi çox təqdirə layiq hal olardı”.

Distant təhsil sistemində diqqət yetirilməli bir məqam da təchizat məsələsidir. Ekspert isə ölkəmizdə bu problemə az rastlandığını bildirib.

“Texniki dedikdə əgər söhbət “hardware” təminatından yəni kompyuter, vebkamera və yaxud hər hansı texniki təchizatdan gedirsə, bəli bizim universitetlərdə bu texniki təminat yüksək səviyyədədir. Müəllimlərin hər birinin portativ və yaxud da hesablama cihazları var. Onlar planşetlə, telefonla və ya noutbukla dərslərə qoşulub dərsləri idarə edə bilirlər”.

Lakin ekspert burada proseslərin düzgün idarə olunmasının vacibliyinə də toxunub.

“Burada proseslərin düzgün idarə olunması dedikdə yəni müəllimlər və tələbələr nə qədər texniki sistemə hakimdirlər, nə qədər proqram təminatından sərbəst formada istifadə edə bilirlər. Belə bir termin var İT savadlılıq, yəni bunun hansı səviyyədə olması önəmlidir. Əvvəl də bildirdiyim kimi, bütün müəllimlər və tələbələr  anlamalıdırlar ki, distant təhsil davam edəcək və ona görə də onların onlayn bacarıqları mümkün qədər inkişaf etməlidir”.

Bundan əlavə, o, universitetlərin texniki bazaları dərslərin keçirilməsinə kifayət etdiyini söyləsə də, digər məqamların da vacibliyini qeyd edib. Misal üçün laboratoriyaların virtuallaşdırılması və ya virtual laboratoriyaların hazırlanması və s.

Pandemiya şəraiti bəzi tələblərə müəyyən məhdudiyyətlər və imkanlar yarada bildi. Bunun isə onların gələcək karyeralarına təsiri olacaq. Ekspert hesab edir ki, burada tələbənin fərdi xüsusiyyətinin də önəm kəsb etdiyini vurğulayıb. Beləki, o hesab edir ki, bəzi tələbələr bu vəziyyəti imkan kimi qiymətləndirib öz biliklərini müxtəlif formalarda almağa müvəffəq olub.

 “Tələbə istəyərsə şəxsi təkmilləşməsini bütün vasitələrdən istifadə edərək apara bilər. Hüquqi olaraq tələbələrin kəsilməsi və akademik borclarının yaranması az müşahidə olundu. Çünki bütün universitetlər tələbələrə böyük güzəştlərlə yanaşdılar. Onların bilik səviyyəsinin yoxlanılmasına və akademik mənimsəmə göstəricilərin yoxlanılmasına həm universitetlərin həm də Təhsil Nazirliyinin tövsiyyəsi əsasında hazrlanmış fəaliyyət planı imtahan sesiyasının keçirilməsi kifayət qədər tələbələrə böyük güzəştin verilməsi hesabına həyata keçirildi”.

O, bu sahədə hüquqi bazanın formalaşdırılmasının vacibliyini qeyd edərək, müvafiq orqanların bu sahədə fəallığının artmasının əhəmiyyətini bildirib.

“Çox istərdim ki, Təhsil Nazirliyinin bu sahə üzrə hüquqi bazası formalaşsın və nazirlik daha çox təşəbbüs göstərsin  daha çox mərkəzləşdirlimiş formada bu distant dərslər keçirilsin. Ümumiyyətlə distant təhsil prosesinin keçirilməsinə şərait yaradılsın”.

Universitetlər bu prosesin öhdəsindən gələ bilsələr də müəyyən məsələlər də meydana gəldi, deyə ekspert düşünür.

“Universitetlər özlərinin texniki bazalarını gücləndirməlidirlər. İT heyətinin və universitet əməkdaşlarının İT bacarıqlarını gücləndirməlidirlər. İT komandanın, İKT mərkəzinin əməkdaşlarının peşəkarlığı artırılmalıdır. Universitetin gələcək bütün fəaliyyətində İT-nin öz rolu və imkanları qabardılmalıdır. Universitetlər üçün ən vacib məsələ budur. Universitet rəhbərliyi əməkdaşlarının təlimlərə qoşulmalarına və beynəlxalq sertifikat almalarına şərait yaratmalıdır. Bu və ya digər formada həvəsləndirici tədbirlər həyata keçirməlidir”.

Sərxan Talıbzadə bu sistemdən istifadə bacarığının həm də müəllimlərin əmək bazarına da təsir edəcəyini bildirib.

“Akademik heyətə, müəllimlərə onu bildirmək istərdim ki, bu gün əmək bazarında müəllimin dəyərinin ölçülməsi kriteriyalarından biri də onun daha yaxşı distant təhsil aparmaq bacarığıdır. Ona görə də müəllimlər distant təhsil üzrə öz dünyagörüşlərini formalaşdırsınlar və öz İT bacarıqlarını təkmilləşdirsinlər. Ən vacib məsələ isə dərslərinin distant keçirilməsinə uyğunlaşma prosesini həyata keçirsinlər”.

O, hesab edir ki, mütləq şəkildə müəllimlər dərs prosesini bu platforma üzərində qurmalıdırlar və dərslər standartlara cavab verməlidir.

“Mütləq müəllimlər öz dərslərini bu platforma üzərindən bu standartlara otuzdurmalıdırlar ki, tələbə yaxşı mənimsəyə bilsin. Şərti deyək, misal üçün müəllim mühəndislik dərsində əgər lövhədə hər hansı qeydlər aparırdısa bunu elektronlaşdırsın. Qrafit planşetlərdən istifadə etməyi öyrənsin, qrafit planşetləri əldə eləsin, dərslərdə multimedia vasitələrindən istifadənin sayını artırsın, virtual laboratoriyaların tətbiqinə yönəlsin və yaxud da humanitar sahədirsə hazırlanmış kifayət qədər resurslar dərsliklər var onlardan faydalansın. Tələbənin distant təhsilə cəlb olunmasına maraq yaratsın”.

Ekspert eyni zamanda bu şəraitdə valideynlərin də müəyyən vəzifələrinin olduğuna fikri yönəldib.

“Valideynlərə tövsiyəm ondan ibarət olardı ki, valideynlər tələbələrin yalnız texniki olaraq avadanlıqla təmin etməsinlər, həmçinin onları psixoloji olaraq da distant təhsilə hazırlasınlar, bu çox vacib məsələdir. Mən sosial şəbəkələri tez-tez izləyirəm və tələbələrin böyük əksəriyyətinin narazılıqlarının yalnız universitetə gəlib-getmək, dostlarla görüşmək, universitet kampusundan istifadə və s. imkanlarının məhdudlaşması barədə olmasını müşahidə etmişəm. Yəni onların sırf distant təhsil prosesinə narazılıqları yoxdur, sadəcə pandemiya şəraitinin və yaxud da distant təhsilin verdiyi o asosiallaşmaya qarşı çıxırlar”.

Sərxan Talıbzadə isə bu vəziyyətdə isə valideynlərin tələbələri maarifləndirməli olduqlarını, psixoloji hazırlamaqlarını və yaxud motivasiya etmələrini məsləhət bilib.

Ekspert hesab edir ki, distant təhsil tələbələrə bir sıra imkanlar yaradıb.

“Tələblərə demək istədiyim odur ki, onlar üçün tarixdə görünməyən bir üstünlük yaranıb. Onsuz da tələblər universitetdən öyrənmələri məhdud şəraitdədir. Tələbələrin hal-hazırda distant təhsillə öyrənmələri, distant təhsilə adaptasiya olunmaları onlara çox böyük üstünlük verir. İlk olaraq, böyük bilik resursundan istifadə imkanlarıdır. Tələbə artıq sinxron onlayn dərs keçə bildiyini gördü, bu artıq tələbə üçün özündə psixoloji rahatlıq yaradır ki, onlar digər ölkələrin universitetlərindən ödənişli və ya ödənişsiz təhsil ala bilər. Artıq bu psixoloji olaraq qəbul olundu. Bu, onlar üçün böyük üstünlükdür”.

Bundan əlavə olaraq, ekspert tələbələrin bu prosesə adaptasiyası gələcəkdə də onların biliklərinin artırılmasına xidmət edəcəyini söyləyib.

“Növbəti bir məsələ tələbə universiteti bitirdikdən sonra yalnız universitetdə əldə etdiyi biliklərlə kifayətlənmir. Müəyyən müddətdən sonra ixtisasartırma kurslarına ehtiyac duyur. Buna görə də tələbə artıq həyatının digər mərhələlərində də biliklərini artırmağa ehtiyac duyacaq.  Onun əgər distant təhsil, onlayn dərslər bacarığı inkişaf edəcəksə, o gələcəkdə ixtisasartırma zamanı müxtəlif kurslardan yararlana bilər. Mən özüm də Masaçusets Universitetinin onlayn dərslərindən faydalanıram. Çünki görürəm ki, elə bir məqam gəlir ki, mütləq öyərnmək və təkmilləşmək lazımdır”.

Son olaraq isə Sərxan Talıbzadə tələbələrə bu imkandan yararlanmağı və bu istiqamətdə bilik və bacarıqlarının inkişaf etdirməklərini tövsiyə edib.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı