Bu il Azərbaycan əhalisi dərmanlara keçən ilə nisbətən 40%-ə yaxın çox pul xərcləyib - Rəsmi STATİSTİKA | Eurasia Diary - ednews.net

21 Oktyabr, Çərşənbə


Bu il Azərbaycan əhalisi dərmanlara keçən ilə nisbətən 40%-ə yaxın çox pul xərcləyib - Rəsmi STATİSTİKA

Cəmiyyət A- A A+

Bu ilin yanvar-avqust aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 439,6 mln. manat xərcləyib.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37,7% və ya 120,3 mln. manat artıb. Təkcə avqust ayında isə əhaliyə 56,3 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da iyul ayı ilə müqayisədə 11,6% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...