Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb | Eurasia Diary - ednews.net

22 Oktyabr, Cümə axşamı


Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Cəmiyyət A- A A+

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Eurasia Diary Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...