İran Məhəmmədhüseyn Şəhriyarın anım gününü "Fars Şeiriyyatı və İncəsənətinin Milli Günü" kimi qeyd edəcək | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


İran Məhəmmədhüseyn Şəhriyarın anım gününü "Fars Şeiriyyatı və İncəsənətinin Milli Günü" kimi qeyd edəcək

Cəmiyyət A- A A+

18 Sentyabr görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın anım günüdür.

Eurasia Diary Mehr agentliyinə istinadən xəbər verir ki, bu günü İran şairin şərəfinə “Fars Şeiriyyatı və İncəsənətinin Milli Günü” kimi adlandıracaq.

Əslən azərbaycanlı olmasına baxmayaraq İranın Ali lideri Ayətullah Əli Xamanei Məhəmmədhüseyn Şəhriyarı fars şeiriyyatının əbədi şəxsiyyətlərindən biri adlandırıb.

Əsil adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan və Şəhriyar ləqəbi ilə tanınan şair cənubi Azərbaycanda Təbriz şəhərində dünyaya gəlib. O, İranda yaşasa da hər zaman Azərbaycana olan eşqini öz yaradıcılığında nümyaiş edir.

Qacar, Pəhləvi və İran İslam Respublikası dövründə yaşayan Şəhriyar öz əsərlərində haqsızlığa və dar düşüncəlilyə qarşı çıxır.

Məhəmmədhüseyn Şəhriyar 18 sentyabr 1988-ci ildə 82 yaşında Tehranda vəfat edir. Dahi şair doğma yurdu Təbrizdə "Şairlər məqbərəsində” dəfn olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...