Kimlər qismən səfərbərliyə cəlb olunacaq? - RƏSMİ | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə axşamı


Kimlər qismən səfərbərliyə cəlb olunacaq? - RƏSMİ

Cəmiyyət A- A A+

“Bu gün Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib”.

Eurasia Diary xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib.

Onun sözlərinə görə, sərəncamla quruma tapşırılıb ki, təsdiq edilmiş proqramlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağrılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirsin: “Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər - əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunacaq”.

Z.Abdullayev həmçinin bildirib ki, Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək imkanlarına malikdir: “Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, onlara zənglər və SMS-lər daxil olduqda hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə və şöbələrinə gəlsinlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...