Naftalanda mərmi düşən daha iki ev dağılıb - FOTOLAR | Eurasia Diary - ednews.net

30 Oktyabr, Cümə


Naftalanda mərmi düşən daha iki ev dağılıb - FOTOLAR

Cəmiyyət A- A A+

Düşmən ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, ötən gecə Naftalan rayonunun Qaşaltı kəndi düşmən təxribatına məruz qalıb.

Ağır artilleriya silahlarının mərmiləri kənd sakinləri Səmayə Babayeva və Füzuli Bədələova məxsus evlərə düşüb. Səmayə Babayevanın evi yanaraq, tam yararsız hala düşüb. Digər evin isə bir hissəsi dağılıb.

Qeyd edək ki, ermənilərin hərbi təxribatlarının başladığı sentyabrın 27-dən indiyədək Qaşaltı kəndində 3 ev mərmi düşməsi nəticəsində dağılıb.

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...