Beynəlxalq Avrasiya Mətbuat Fondunun Ermənistan-Azərbaycan münaqişəsinə dair bəyanatı

Cəmiyyət 13:21 03.10.2020

Beynəlxalq Avrasiya Mətbuat Fondu Ermənistan Azərbaycan münaqişəsinə dair bəyənat yayıb.

Eurasia Diary həmin bəyanatı sizə təqdim edir:

27 sentyabr 2020-ci il tarixdən Azərbaycan Hərbi birləşmələri Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğaldan azad olunması əməliyyatlarına başlamışdır. 30 ildir ki, öz yurd-yuvasından didərgin salınmış  azərbaycan insanı ölkənin  müxtəlif bölgələrinə səpələnərək, qaçqın, məcburi köçkün həyatı yaşayır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal altında olan ərazilərdən erməni hərbi birləşmələrinin geri çəkilməsini tələb edən 4 qətnamənin şərtlərinə 30 ilə yaxındır ki, əməl olunmur. Nəticədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında 900 çox  yaşayış məntəqəsi, 150 mindən çox ev və yaşayış mənzili, 7000 ictimai bina,1025 məktəb, 855 uşaq baxçası, 927 kitabxana, 1510 mədəniyyət müəssisəsi, 40 mindən çox muzey eksponatı dağıdılaraq məhv edilmişdir. Bu müddət ərzində Amerika, Rusiya və Fransanın iştirakı ilə yaradılan Minsk qrupu münaqişənin həll edilməsi ilə bağlı heç bir nəticəyə nail olmamış, münaqişənin ədalətli, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması formatında həllində səylərin dəstəklənməsi və beynəlxalq hüququn prinsiplərinin  təmin edilməsi üçün zəruri addımlar atmamışdır.

Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT Əsas Məşvərətçi Statuslu üzvü kimi bu günədək işğal altındakı ərazilərin azad olunması, işğal nəticəsində insanların pozulmuş hüquqlarının bərpa olunması, Cenevrə Konvensiyasının tələblərinin yerinə yetirilməsi istiqamətində beynəlxalq qurumlara dəfələrlə bəyanatla müraciət etmiş, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çağırışlar etmişdir.

Bu gün Azərbaycan Respublikasının işğal olunmuş ərazilərin azad olunması ilə bağlı apardığı uğurlu hərbi əməliyyatlar super güclərin və xüsusən Minsk Qrupu ölkələrini narahat etməyə başlamışdır. Hesab edirik ki, Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmək, milliyətindən, dinindən asılı olmayaraq insanların təhlükəsiz yaşamasını təmin etmək hüququ vardır. Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarını öz girovunda saxlayan və öz məkrli siyasətlərinə, quldur və vandal əməllərinə şərik edən Ermənistanın məsuliyyətsiz və yırtıcı siyasəti , eləcə də müxtəlif dövlətlərin, beynəlxalq qurumların, media təsisatlarının Dağlıq Qarabağda yaradılan qondarma quruma qarşı göstərilən  ilginin heç bir bəraəti yoxdur. Beynəlxalq hüququn yurisdikasiyasından kənarda saxlanılan bu bölgədə müxtəlif dövlətlərin qanunsuz əməllərinin ifşa edilməsi, cinayətkarlığın qarşısının alınması zamanı çoxdan çatmışdır. Hesab edirik ki, beynəlxalq aləmdə Azərbaycanın tarixi əraziləri kimi tanınan bu bölgədə, işğalın durdurulmaması, vandalizm aktlarına göz yumulması,  o cümlədən haqqın və ədalətin pozulmasına verilən rəvac maraqlı dövlətlərin feodal təfəkkürünə xidmət edir.

Minsk qrupu ölkələri rəhbərlərinin, xüsusən Fransa baş naziri Emmanuel Makronun son günlər Azərbaycan tərəfinin bu bölgədə həyata keçirdiyi əməliyyatlara sətiraltı qara yaxan, işğalçını dəstəkləyən bəyanatları terrozimə qarşı aparılan mübarizənin durdurulması çağırışları, çoxəsrlik Fransa Azərbaycan  münasibətlərinə ciddi kölgə salır, bu ölkənin beynəlxalq imicinə mənfi təsir edir. Təcavüzkarın bir siması vardır. Bu gün dünya dövlətlərinin ikili sifəti, hər bir əməlin adı ilə çağrılmaması bəşəriyyətin qorunması istiqamətində atılan addımlara təhlükə törədir. Bu günkü dünyamızda yalnız müxtəlif terrorçu qruplaşmaları, separatçı və ekstremist qüvvələrin fəaliyyətinə qarşı birlikdə mübarizə ilə dayanqılı inkişafa, sülhə və barışa nail olmaq mümkündür. Bu mənada ümid edirik ki, Cənubi Qafqazda sabitliyin əldə olunması üçün Ermənistanın işğalçılıq siyasətinin qarşısı nəhayət ki, alınacaq insanların sülh və barış şəraitində yaşaması üçün beynəlxalq birliyin səyləri gücləndiriləcək.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı