Rusiyada yaşayan məşhur azərbaycanlı əkizlər- Rauf və Faiq Mirzəyevlər rəsmi İnstagram səhifəsində Qarabağla bağlı paylaşım edib.
Eurasia Diary-nin xəbərinə görə, qardaşlar Azərbaycan bayrağı üzərində “Qarabağ bizimdir” fotosunu paylaşaraq şərh yerinə nöqtə durğu işarəsindən istifadə ediblər və sözügedən “cover”i profil şəkli qoyublar.
Onlar hesabın hekayə bölümündə bu günədək susqunluqlarının səbəbini belə açıqlayıblar:
“Biz susurduq. Ancaq digər ictimai fiqurlar yalan danışmaq və böhtan atmaqla məşğuldurlar. Hədlərini aşırlar. Biz susa bilmərik, bura bizim Vətənimizdir. Əgər bu torpaqlar olmasaydı, biz olmazdıq! Biz susurduq və heç nə yazmırdıq. O vaxta qədər ki, qarşı tərəf yalan danışmağa başladı. Azərbaycan, doğmalarımız, biz sizinləyik!”