ABŞ-da yaşayan və bir neçə ay əvvəl Vladimir Poznerə ünvanladığı sualla onu mat qoyan Arzu Cahid nextmentors.com portalına müsahibə verib və qeyd edib ki, monoetnik dövlət olan Ermənistandan fərqli olaraq Azərbaycan multikultural və multietnik ölkədir. O, hazırda Azərbaycanda 30 mindən artıq erməninin yaşadığını diqqətə çatdırıb. Özü də məcburi köçkün ailəsindən olan Arzu, müharibənin səbəb olduğu çətinliklərdən, bu illər ərzində hiss etdiyi nisgildən də söz açıb. ABŞ-ın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin münaqişənin həllinin iki dövlətin üzərinə düşdüyünü vurğulayıb.
Məqaləni oxumaq üçün keçidə daxil olun.