“Ermənistanın Gəncəni bombalaması nəticəsində dağılmış evlərin hamısı yenidən tikiləcək” Kəmaləddin Heydərov

Cəmiyyət 13:02 13.10.2020

“Ermənilərin Gəncə şəhərinə atdığı raketi dərhal müşahidə kamerasından gördük. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, xilasediciləri, xüsusi riskli dəstənin əməkdaşları dərhal hadisə yerinə cəlb olundu, xilasetmə və axtarış işlərinə başladılar. Bildiyimiz kimi, hadisə zamanı dağıntılar altından 9 cəsəd çıxarılıb, 35 nəfər yaralanıb. Çox təəssüflər olsun ki, yaralananlar arasında uşaqlar da var”. 

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Gəncədə səfərdə olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, düşmənin Gəncəni bombalaması erməni faşizminin, Ermənistanda olan hərbi-siyasi rejiminin illər boyu Azərbaycan əleyhinə apardığı iyrənc siyasətinin nəticələrindən biridir: “Onlar bunu tək bu gün törətmirlər, 1988-ci ildən başlatdıqları bu iyrənc siyasət 30 ildən artıqdır ki, davam edir. Bunlardan ən faciəlisi 1992-ci ildə olan Xocalı soyqırımıdır ki, orda həlak olanların heç biri hərbçi deyildi. Onlar bu vəhşiliyi, bu soyqırımı azərbaycanlılara qarşı törədirlər, Gəncədə törətdikləri də eyni vəhşiliyin davamıdır”. 

K. Heydərov qeyd edib ki, Ermənistan Ordusu və hərbi-siyasi hakimiyyətinin dərsi verildi: "Sentyabrın 27-dən etibarən biz xalq və dövlətin möhtəşəm birliyinin bir daha şahidi oluruq. Ermənistanda hakimiyyətlə xalq arasında belə birlik heç vaxt olmayıb və olmayacaq. Çünki bizim Ali Baş Komandanımız başda olmaqla əhalimiz, hərbiçilərimiz hamısı müsəlləh əsgər kimi çalışırlar, vuruşlar. Vətəndaşlarımızda heç vaxt indiki kimi ruh yüksəkliyi olmayıb. Möhtərəm cənab Prezident də ötən gün qeyd elədi ki, bugünkü qələbə, zəfər Azərbaycan tarixində heç vaxt olmayıb. Azərbaycanın bir çox sahələrdə, iqtisadi, siyasi, diplomatik qələbələri olub, lakin bu qələbə tarixi qələbədir. Biz hamımız başda cənab Ali Komandan olmaqla, çox hörmətli Mehriban xanım olmaqla - bayaq biz gələndə 5-6 yaşlı uşaqlar əsgəri salam verdilər -  onlar olmaqla bu tarixi birgə yaşayırıq. Xalqımızla, ordumuzla, rəhbərimizlə, uşaqlarımızla, ailələrimizlə bu qələbəni yaşayır. Bu qələbənin sevinci, tarixi nəticəsi Azərbaycan üçün çox gözəl olacaq". 

Nazir qeyd edib ki, dağılmış evlərin hamısı yenidən tikiləcək: “Hadisə olan gündən, həmin gecənin səhərində bəri bizim bütün qurumlarımız, həmçinin Tikintiyə Nəzarət şöbəsi hadisə yerində araşdırmalar aparır. Onlar nə qədər evin hadisədən zərər çəkdiyini hesablayırlar. Möhtərəm, cənab Prezidentin tapşırığıdır ki, bir nəfər də olsun evindən, itirdiyi başqa bir şeydən zərər çəkməsin. Onların hamısı bərpa olunacaq. Onların hamısı yenidən sökülüb tikiləcək. Bəzilərinə evlər veriləcəkdir. Vətəndaşlarımız çəkdiyi bütün zərərlər tərəfimizdən bərpa olunacaq. Gəncə camaatının bununla bağlı heç bir narahatlığı olmasın”.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı