“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin yoluxucu xəstəliklərlə bağlı maarifləndirici layihəsinin üçüncü mərhələsi başa çatıb

Cəmiyyət 10:42 15.10.2020

“İnkişafa Doğru Qadın Təşəbbüsü”  İctimai Birliyinin icra etdiyi “İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” layihəsinin üçüncü mərhələsi başa çatıb.

İcrası 2020-ci ilin avqust-noyabr aylarını əhatə edən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.   

Bu barədə təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva  Eurasia Diary-yə məlumat verib.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri bildirib ki, layihənin cari mərhələsi çərçivəsində həssas əhali qrupuna aid edilən şəxslər üçün Sumqayıt şəhərində yoluxucu xəstəliklərin profilaktikasına dair maarifləndirici xarakterli məlumatlandırma təşkil olunub.  

Tədbirin açılışında ilk öncə Vətən uğrunda döyüşlərdə şəhid olan hərbçilərimiz və həyatını itirmiş mülki vətəndaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib. Beynəlxalq hüquq normalarını kobud surətdə pozan, Azərbaycan Respublikasının ərazisinə - hərbi mövqelərə, yaşayış məntəqələri və mülki əhaliyə ağır və qadağan edilmiş silahlarla hücum edən erməni ordusunun mənfur təxribat əməlləri qətiyyətlə pislənilib. Dünya lider ölkələrinin və dünya ictimaiyyətinin bu məsələdə ədalətli mövqe nümayiş etdirməklərinin zəruriliyi bildirilib.

Qeyd olunub ki, hal hazırda ölkəmiz iki cəbhədə mübarizə aparır. Onun biri işğal olunmuş torpaqlarımız uğrunda, digəri isə dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədir. İndi COVİD cəbhəsində aparılan işlər əvvəlkindən daha çox diqqət və vətəndaş məsuliyyəti tələb edir, bu baxımdan yoluxma hallarının artmasına yol verilməməlidir. Arxa cəbhədə virusa yoluxmanın qarşısını almaq istiqamətində aparılan bütün profilaktik işlər ön cəbhəyə dəstək olmaq deməkdir.

Tədbir layihə rəhbəri Ziba Nəbiyevanın viruslu hepatit və koronavirus xəstəliklərinin profilaktikası barədə elektron təqdimatla davam etdirilib. Viral hepatitlər və COVİD-19 infeksiyası, onların növləri və kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları və profilaktik qabaqlayıcı tədbirlər barədə əhatəli məlumatlar  iştirakçıların diqqətinə çatdırılıb. Məlumatların yadda qalımlı olması üçün maarifləndirici materiallar müxtəlif şəkillər və animasiya çarxları vasitəsilə də təqdim olunub.  

İnteraktiv şəkildə aparılan tədbirdə həkim, qastroenteroloq Rəşad Həsənov iştirakçıların sağlıq durumu ilə bağlı suallarını cavablandırıb və müvafiq məsləhətlər verib.

Daha sonra tədbir sosial həssas qrup üzvlərini qayğılandıran məsələlərin dinlənilməsi və müzakirəsi ilə davam edib. Müzakirədə iştirak edən “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İB-nin sədri Səbinə Kərimova və “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” IB-nin sədri Zenfira Mustafayeva hazırkı dönəmdə virus mənşəli infeksiyalarla mübarizəni gücləndirmək istiqamətində atılan təşəbbüslərin önəmliyi  barədə fikirlərini bildiriblər.

Sonda “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən koronavirusun profilaktikasına dair tədbirlərə dəstək olaraq 150 ədəd tibbi maska, bir litrlik və 60 ədəd 100 ml-lik qablarda spirt, 110 ədəd sabun, 100 ədəd  viral hepatit və COVİD-19 mövzusunda maarifləndirici çap materialları iştirakçılara paylanılıb.    

Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO

Xəbər xətti

Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Hamısı