Mübarizə sadəcə döyüş cəbhəsində deyil, həm də informasiya cəbhəsində də gedir.
Son zamanlar ərzində Azərbaycanın düzgün qurduğu diplomatik əlaqələr eyni zamanda həmin dövlətlərin informasiya siyasətinə də təsir edib.
Eurasia Diary xəbər verir ki, Macarıstanın tanınmış xəbər saytı olan "Index.hu" saytı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyini dəstəkləyən "Ermənistan əsl təcavüzkardır" adlı məqalə dərc edib.
Məqalədə Ermənistanın təcavüzkar siyasəti və Azərbaycana qarşı törətdiyi təxribatlar geniş şəkildə əks olunur.
Macarıstan saytı Azərbaycan və Türkiyə dostluq əlaqələri və Azərbaycanın haqlı mübarizəsində Türkiyənin təqdirəlayiq dəstəyini də diqqətdən kənarda saxlamayıb.
Bundan əlavə olaraq, Macarıstan hökumətinin Azərbaycanla sıx əlaqələrinin mövcudluğuna da yer verilib.
Məqalədə Ermənistanın mülki əhaliyə qarşı hücumlarını əks etdirən bir neçə foto da nümayiş edilib.