Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüblər.
Nazirlikdən Eurasia Diary-ə verilən məlumata görə, faciədən dərin sarsıntı keçirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılıb. Onların zəruri sosial-psixoloji xidmətlə təmin olunmaları üçün mütəxəssis ayrılacaq.
Hər iki valideynini və nənəsini itirən 2 yaşlı Nilayın hazırda himayəsində yaşadığı ailənin də sosial ehtiyaclarına uyğun işlərin aparılması nəzərdə tutulur.